Dinimiz insanın güzəştli olmasını istəyir
Müəllif: Admin
Tarix: 9-04-2014, 19:35
Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, bəndələr Allah qarşısında dayanarlar, avaz edən nida verər: “O kəsin ki, müzdü Allahladır, qalxsın və behiştə getsin. Deyilər: “Kimin müzdü Allahladır?” Buyurar: “İnsanlara güzəşt edənin”.

İmam Əli (ə) buyurur: “Güzəşt - böyüklüyün ən alisidir”.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, çoxlu güzəşt edər, ömrü uzun olar”.

İmam Hüseyn (ə) buyurur: “Ən çox güzəşt edən insan o kəsdir ki, qüdrəti olan zaman güzəşt edər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Bir-birinizə güzəşt edin ki, aranızda olan kin aradan getsin”.

İmam Rza (ə) “Güzəşt et, gözəl güzəşt” ayəsi haqqında buyurur: “Məqsəd cəzalandırmadan, kobudluq etmədən güzəşt etməkdir”.

İmam Əli (ə) buyurur: “Ən pis insan o kəsdir ki, başqalarının səhvini bağışlamaz. Eybini gizlətməz”.

İmam Əli (ə) buyurur: “(Yaxşılıq və pisliyə) yaxşılıqla mükafat ver və pislikdən keç. Bir şərtlə ki, dinə zərər dəyməsin və ya İslamın qüdrəti zəifləməsin”.

İmam Sadiq (ə) buyurur: “Üç şey vardır ki, hər kimdə olarsa, sərvərdir: qəzəbi yatızdırmaq, pis rəftara güzəşt etmək, can və malınla sileyi-rəhm etmək”.

İmam Sadiq (ə) buyurur: “Sizə deyim ki, məkarim əxlaq nədir? İnsanlara güzəşt etmək, (din) qardaşına maddi kömək etmək və Allahı çoxlu yada salmaq”.

İmam Əli (ə) buyurur: “Sənə tövsiyə edirəm ki, insanlarla mehriban olasan, alimlərə hörmət edəsən, (din) qardaşlarının günahına güzəşt edəsən. Çünki ilk və son sərvər sənə ədəb öyrətmək üçün deyərlər: “Sənə zülm edənə güzəşt et, səninlə rabitəsini kəsənlə rabitə yarat, səndən malını əsirgəyənə sən əta et”.

Həzrət Peyğəmbər (s) buyurur: “Sizi özümə bənzəyənə xəbərdar edimmi?” Dedilər: “Bəli”. Buyurdu: “O kəs ki, xoş əxlaq, mülayim xasiyyət, qohumlarına yaxşılıq edən, din qardaşlarına qarşı dostcasına, haqqa səbirli, qəzəbini yatızdıran, güzəşt edən, qəzəbi və razılığı insaflı olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah mənə yeddi şeyi tövsiyə etmişdir: aşkar və gizlində ixlaslı olmaq, mənə zülm edənə insaflı olmaq, məni məhrum edənə güzəşt etmək, mənimlə rabitəsini kəsənlə rabitə yaratmaq, təfəkkürlə olan sükut, ibrətlə olan baxış”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim səhvə güzəşt edərsə, Allah da ona güzəşt edər”.

/Deyerler/
Oxşar xəbərlər