KAŞ SEVGİNİ QAZANAYDIQ SƏNİN...
Müəllif: Admin
Tarix: 9-04-2014, 19:28
Əziz Peyğəmbərimiz (s) buyurub: “Qızım Fatimə (s.ə) dünyanın - yaradılışın əvvəlindən sonuna kimi - bütün qadınlarınınn xanımıdır”. Bəli, insan var uzun ömür yaşayıb özündən sonra nə bir ad, nə də bir xeyir qoyub. İnsan da var Xanım Fatimeyi-Zəhra (s.ə.) kimi - çox qısa bir ömür yaşayıb - 18 il - ancaq özündən sonra adını əbədi olaraq tarixə və insan qəlblərinə həkk edib.

Xanım Zəhranın (s.ə.) dünyaya gəlişi ilə “Kövsər” surəsi sevgili Peyğəmbərimizə (s) nazil olub. Bu surənin Xanım Zəhra (s.ə) üçün nazil olması onu göstərir ki, o, bəşəriyyət və əbədiyyət aləmi üçün böyük bir xeyir, ilahi bir maarif, sonsuz bir nemət və dayanmadan yağan bir bərəkət yağışıdır.
Xanım Zəhranın (s.ə.) varlığının möcüzəsidir ki, Peyğəmbərimizin (s) mübarək nəsli bu günə kimi davam etməkdə, bizlər də bu nemətdən bəhrələnməkdəyik. Bu da Xanım Zəhranın (s.ə.) bəşəriyyəti və əbədiyyatı işıqlandıran, sönməz nuru olan bir Günəş olduğunu sübut edir.
Bu xanımın qoyub getdiyi kamillik məktəbi, biz qadınlar üçün bir nümunə və örnəkdir. Əgər bizlər Zəhra (s.ə) kimi bir xanımı tanımasaydıq, onda dilimiz, dinimiz, andımız, ümidlərimiz heç vaxt kamil olmazdı.
Ya Zəhra (s.ə.)! Əgər Sən bizim dilimizdə olmasaydın, söhbətlərimizin, sözlərimizin, fikirlərimizin heç bir mənası olmazdı.
Ya Zəhra (s.ə.)! Əgər Sən bizim qəlblərimizdə olmasaydın, ibadətlərimizin, namazlarımızın, oruclarımızın heç bir mənası olmazdı.
Ya Zəhra (s.ə.)! Əgər Sən bizim andlarımızda olmasaydı, dualarımızın, istək və arzularımızın, bütün əməllərimizin heç bir mənası olmazdı.
Ya Zəhra( s.ə).! Əgər Sən bizim ümidlərimizdə olmasaydın, bu günlərimizin, sabahlarımızın, gələcəyimizin heç bir mənası olmazdı.
Ya Zəhra(s.ə.)! Sən Allahın aləmlərə rəhmət olaraq göndərdiyi Peyğəmbər (s) sevgisinin solmaz çiçəyisən. Sən, dünyanı gəlişinlə əbədi işıqlanırdın, gedişinlə isə qəlblərimizi zülmət qaranlıqlara qərq etdin.
Ey xanımlar Xanımı, nə ağır bir dərd qoyub getdin bizlərə. Qəlblərimizə gedişinlə elə bir qüssə və kədər hədiyyə etdin ki, bu qələm belə utandığından cürət edib bu haqqda yaza bilmir və susur, ey qəbri qərib olan Xanım, bizləri bağışla.
Ey xanımlar Xanımı, sən bu kədərinlə bərabər həm də bizlərə təravətli, ətirli, əbədi, sonsuz bir sevgini də hədiyyə etdin. Bu qələm sevginidə layiqincə vəsf etməkdə acizdir. Kaş ki, sevgini qazana biləcək əməllərimiz və işlərimiz olaydı, ey Xanım.
Sən bu gün yanımızda deyilsən, amma qəlblərimizdə sevgi ilə danışan və yaşayan, dünyadakı kədərimizi, acizliyimizi, tənhalığımızı, hər an bizlərə unutduran və bizlərə ümid verən, yol göstərən bir Zəhra (s.ə.) var.
Dilimiz,dinimiz,anndimiz,ümidimiz həmişə Sənsən, ey sevgili Zəhra (s.ə.)!

Mehtab,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Jurnalistika Məktəbinin dinləyicisi
Oxşar xəbərlər
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930