Ədəb kamilliyin gərəyidir
Müəllif: Admin
Tarix: 9-04-2014, 19:08
Ədəb kamilliyin gərəyidir


İmam Əli (ə) buyurub: “Ataların öz övladlarına qoyduqları ən yaxşı miras ədəbdir”.
Ədəb-gözəl tərbiyə və gözəl sifətlərlə zinətlənmək, insanı utanılacaq işlərdən qoruyan bir hal deməkdir. Ədəb, insanın şərəfidir, mənəvi dayağıdır. Ədəb, insanın nəfsin çirkin arzularına uymağına mane olur, qoruyur. Ədəb-adəmin insan olması üçün, ən lazımlı amillərdəndir. Bədənin qüvvət və güc alması üçün yeməyə-içməyə ehtiyacı olduğu kimi, insan ağlının da ədəbə ehtiyacı vardır. Ədəbi olmayan ağıl silahsız əsgərə bənzər, həyatın döyüş səhnələrində geri çəkilər. Düşmənə məğlub olar.

İslamın əxlaq sistemi ədəbə xüsusi yer veribdi. Övladına ədəb öyrətməyən kəs sanki insanlara zərərli fərd yetişdirir, bu əməliylə düşməni şad, dostları məyus edir. Ədəbsiz, tərbiyəsiz valideynin övladı (hansı səbəbə görəsə, bəzən belə də olur) əgər ədəbli olarsa onların eyb və nöqsanlarını örtər. Əksinə olarsa ata-ananın şərəfi, ləyaqəti ayaqlar altında qalar.

Çox şey var ki, çoxaldıqda ucuzlaşar, ədəb bunun əksinədir çoxaldıqca sahibinin dəyərini artırar. Ədəb ağılı nurlandırar, mükəmməlləşdirər. Ədəb öyrənməyin bir yolu budur ki, gərək ədəb sahiblərinin məclislərində çox iştirak edəsən, çoxlu hədislər oxuyasan. Ədəbi olmayan insan heç nəyin, heç bir mənəvi dəyərin qədrini bilməz. Ədəbdən məhrum olan bir insan cəmiyyət üçün ən təsirli zəhərdən də təhlükəlidir. Evində övlad böyüdən hər bir valideyn, məktəbdə dərs verən müəllim bilməlidir ki, boynunda nə qədər böyük məsuliyyət daşıyır. Gələcəyimizin xeyirli və ümidverici olması isə ruhi və cismani cəhətdən sağlam olan nəslə söykənir.

Quliyeva Gülnar
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930