Alma və ömrün uzanması
Mьəllif: admin1
Tarix: 2-04-2016, 16:17
Alma və ömrün uzanması
Almanın dərisi maqnezium, kalium, C vitamini və flanovoidlərin qəbulu üçün yaxşı mənbədir
İslaminsesi-nin verdiyi məlumata görə, öz qida qəbuluna gündə bir alma əlavə etmək erkən ölüm riskini 35 faiz azaldır.

Bu qənaətə Qərbi Avstraliya Universitetinin (University of Western Australia, UWA) alimləri 70 yaşdan 85 yaşadək olan 1456 qadın arasında 15 il ərzində aparılmış tədqiqatın nəticəsində gəliblər.

Alimlər gündə 100 qram meyvə (balaca bir alma) yemiş qadınların ömürlərinin uzadılması üçün şanslarını il ərzində 15 alma (gündə azı beş qram) yeyənlərə nisbətən əhəmiyyətli dərəcədə yüksəltdiklərini müəyyən ediblər.

UWA yanında Tibb Məktəbinin həkimi Conatan Hocson almanın insanlara müsbət təsirini onun tərkibində çoxlu sayda sellülozanın olması ilə izah edib.
"O, xolesterinin səviyyəsini və arterial təzyiqi, həmçinin, xərçəngin inkişafı riskini azaldır"
Almanın dərisi maqnezium, kalium, C vitamini və flanovoidlərin qəbulu üçün yaxşı mənbədir. Flanovoidlər qan damarlarının dincəlməsinə kömək edir və ürək-damar xəstəlikləri riskini azaldır.


"Müntəzəm olaraq alma yeyən insanlar, çox güman ki, ümumiyyətlə daha sağlam həyat tərzi aparır və öz qidalanmalarına nəzarət edirlər.

"Biz almanın ölüm riskini kifayət qədər azaltması haqda məlumat verdik, deyə həkim Conatan Hocson qeyd edir - bu o demək deyil ki, almanı sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə, qalan bütün meyvələr ilə əvəz etmək lazımdır. Biz almanın insanlara təsirini insanların onlardan həqiqətən də çox istehlak etdiklərinə görə araşdırdıq.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930