Kim bu əməlləri yerinə yetirsə Qiyamət günü nicat tapar
Mьəllif: admin1
Tarix: 31-05-2020, 18:07
Kim bu əməlləri yerinə yetirsə Qiyamət günü nicat tapar
“Qiyamət günü mütləq gələcəkdir (və əqli və nəqli dəlillər baxımından) onun barəsində bir şübhə yoxdur. Lakin insanların çoxu iman gətirmir”. (“Ğafir” 59).

Məad - dinimizin ən mühüm köklərindən biridir. Qiyamət gününə inanmaq - İslam dininin zərurətlərindəndir. Hər bir müsəlman bilməlidir ki, bir gün Qiyamət bərpa olacaqdır. Həmin günü əməllər haqq-hesab ediləcəkdir.

Yuxarıdakı ayəyə nəzər salan zaman görmək olur ki, Allah ilk əvvəl buyurur ki, Qiyamət olacaqdır və sonra onu daha çox vurğulayıb şübhə olmadığını bəyan edir. Yəni, o kəslər ki, Qiyamətin olacağına şəkk edirlər, belə bir şübhələrini aradan qaldırsınlar. Ayənin sonunda Allah buyurur ki, bunu bilməklərinə baxmayaq, insanların çox hissəsi iman gətirmir.

Təfsirdə Qiyamətin mənası anidən və qəflətən gələn deməkdir. İnsanların Qiyamət gününə şəkk etməklərinin səbəblərindən biri onların dünyaya həddən artıq bağlanması ilə izah olunur.

Bu ayədə ən mühüm nöqtə budur ki, insanların əksər hissəsi Qiyamət gününə şəkk edirlər və iman gətirmirlər. Bəzən insan bir hadisənin baş verəcəyindən xəbərdardır və ona yəqin elmi deyirlər. Ancaq bəzən də ona inanır və daha dərin inanc əldə edir ki, ona eynul-yəqin elmi deyirlər.

İnsan o zaman ki, həmin hadisənin içində olar, onu tamamilə hiss edər. Bu isə həqqul-yəqin elmidir. Yəqin elminin ən üstün mərhələsidir.

Ariflər Qiyamət gününü şühudi olaraq dərk etdikləri üçün, Qiyamətə görə həqqul-yəqinə malikdirlər. Bu gün biz əgər deyiriksə Qiyamət gününə inanıram - bu olar yəqin elmi. Ancaq gərək bir qədər yuxarı qalxaq və Qiyamət gününə daha dərindən və daha çox inanc əldə edək.

Yəni eynul-yəqin mərhələsinə çataq. Bu ayə də bizə belə bir dərs vermək istəyir. Yəni Qiyamət şübhəsiz ki, gələcəkdir, bunda şəkk etmək olmaz. Əgər insan bu həqiqəti qəlbi ilə qəbul etsə, şübhəsiz ki, çox sayda günahdan və büdrəmələrdən amanda qalar.

Nəfsini islah edər, itaət və ibadət halı əldə edər. Kamala doğru daha çox irəliləmiş olar.

Quran buyurur ki. insanın Qiyamət günündə şəkk etməsinin səbəblərindən biri də vəzifəpərəstliyidir.

Quran buyurur: “Biz bu yüksək və uca axirət evini yer üzündə təkəbbürlük, (başqaları üzərində) hökmranlıq və fitnə-fəsad iddiasında olmayanlara nəsib edirik. (Gözəl) aqibət (ancaq) təqvalılara məxsusdur”. (“Qəsəs” 83).

Həzrət Peyğəmbər (s) buyurur: “Vəzifə və mal sevgisi qəlbdə nifaq cücərdər, necə ki, su bitkini cücərdər”.

İmam Sadiq (ə) buyurur: “Məlun o kəsdir ki, hökmranlıq etmək istəyər və o kəs ki, hörkmranlıq üçün hümmət edər və o kəs ki, onun fikrində olar”.

İnsan əgər bilsə ki, Qiyamət olacaq və onun bütün əməllərini hesaba çəkəcəklər, bu xəstəlikdən xilas ola bilər. İnsan Qiyamətdə şəkk etdiyi üçün bu dünyaya ikiəlli bağlanmış və ondan əl çəkmək istəmir.

Nəql edilir ki, Həzrət Peyğəmbərin (s) yanında Qiyamətin adı çəkilən zaman Həzrətin (s) rəngi qaçardı və üzü dəyişərdi.

Hədislər Qiyamət qorxusunu azaltmaq üçün bəzi tövsiyələr vermişdir ki, hər kim ona əməl edərsə, Qiyamət gününün dəhşətindən nicat tapar.

- Hər gün “Yusif” surəsini oxumaq.

- Hər cümə günü “Əhqaf” surəsini oxumaq.

- İslam yolunda saçını ağartmış insanlara hörmət etmək.

- Haram şəhvətdən çəkinmək.

- Əhli-beyt (ə) sevgisi.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930