İSLAM İLƏ İMANIN FƏRQİ
Mьəllif: admin1
Tarix: 1-03-2023, 10:43
İSLAM İLƏ İMANIN FƏRQİ
“Bədəvi ərəblər dedilər: “İman gətirdik”. De: “İman gətirməyibsiniz, fəqət: “İslamı qəbul etdik”, - deyin! İman hələ sizin qəlblənizə daxil olmamaışdır. Əgər Allaha və Onun Peyğəmbərinə itaət etsəniz, Allah sizin əməllərinizdən bir şey əksiltməz. Həqiqətən, Allah çox bağışlayan və mehribandır”. (“Hücərat” surəsi, 14).

Yuxarıdakı ayədə deyildiyi kimi, İslam ilə imanın fərqi ondadır ki, İslam - dinin zahiri və qanuni tərəfidir, hər kəs şəhadətləri dilinə gətirsə, müsəlmanların sırasına daxil olar. O, İslami hökmləri yerinə yetirməlidir.

Ancaq iman - batini və həqiqi bir tərəfdir ki, onun yeri insanın qəlbidir, nə dilidir, nə də zahiri.

İslamın müxtəlif stilmulları ola bilər. Hətta şəxsi mənafe və maddi stimul da daşıya bilər. Ancaq imanın stimulu mütləq mənəvidir. Elm və bilikdən bəhrələnir.

Həzrət Peyğəmbər (s) də bu haqda buyurmuşdur: “İslam aşkar bir işdir, ancaq imanın yeri qəlbdədir”.

İmam Sadiqdən (ə) gələn başqa bir hədisdə deyilir: “İslam ilə insanın qanı hifz olunar, əmanətə riayət etmək lazım olar, onunla evlənmək halal olar, ancaq savab imandadır”.

Bu Həzrətdən gələn başqa bir hədisdə isə deyilir: “İman İslamla şərikdir, ancaq İslam imanla şərik deyildir. (Başqa sözlə desək, hər mömin müsəlmandır, ancaq hər müsəlman mömin deyildir). İman o şeydir ki, qəlbdə sakinləşər, ancaq İslam o şeydir ki, nikah, miras və sair kimi məsələlərin qanunlarını verər”.

Bu fərq o zaman olur ki, bu iki söz bir-birinin yanında qərar tutur. Ancaq bir-birindən ayrı halda səsləndirilsə, ola bilsin ki, İslamı o şeylərə aid etsinlər ki, imanı da o şeyə aid ediblər. Yəni hər iki söz bəzi yerlərdə bir mənada istifadə edilir.

Bu ayəyə əsasən, əgər sizin Allaha və Peyğəmbərə (s) imanınınz varsa, deməli bu Allah və Rəsulunun (s) əmrlərinə itaət etməyin nişanəsidir. Sizin əməlləriniz dəyər əldə edər. Allah sizin hətta kiçik yaxşılıqlarınızı belə qəbul edər və savab yazar. Hətta, bu imanın bərəkəti ilə sizin günahlarınızı bağışlayar.

Ancaq bu daxili bərəkəti əldə etmək elə də asan deyildir. Quran həqiqi mömini tanımağın yollarını bu ayədə açıq-aşkar bildirir: “Əsl möminlər, Allaha və Onun Peyğəmbərinə iman gətirib heç şəkk-şübhə etməyənlər və Allah yolunda malları və canları ilə cihad edənlərdir. Doğruçular da elə bunlardırlar”. (“Hücərat” surəsi, 15).

Bəli, imanın ilk nişanəsi - İslam yolunda şəkk etməməkdir, ikinci nişanəsi malı ilə cihad etmək və üçüncü - ən başlıca nişanə isə nəfsi ilə cihad etməkdir.

Necə ola bilər ki, iman möhkəm və dəyanətli qəlbdə olmasın, halbuki, insan məhbubu yolunda malından keçir?!

Bu meyarlar indiki zaman üçün də öz mənasının saxlayır. Belə ki, müsəlman doğularaq, Allahın hökmlərinə və vacib buyurduqlarına əməl etməyənlərin sayı heç də az deyildir. Onlar müsəlmandırlar, ancaq mömin deyildirlər. Onlara niyə “ibadət etmirsən?” - deyə soruşanda, “qəlbim təmizdir və Allahı hamıdan çox istəyirəm və məndən yaxşı bəndə yoxdur”, - deyə cavab verərlər.

İbadət edərək, özünü mömin sayan bacı və qardaşlarımız vardır ki, onların da qəlbində iman ruhu çox zəifdir. Bu Quran ayəsi sayəsində həqiqi möminləri müsəlmanlardan ayırmaq mümkündür. Ən başlıcası isə - o insanlar ki, öz nəfsləri ilə cihad edirlər, çox təəsüf ki, biz müsəlmanların arasında azlıq təşkil edirlər.

Allah bizi həqiqi möminlərdən qərar versin, inşaallah!

(Təfsiri-nümunəyə istinadən)


(Dəyərlər)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031