Zühurdan sonrakı dövr
Mьəllif: admin1
Tarix: 22-01-2022, 11:21
Zühurdan sonrakı dövr
Həzrət Mehdinin (ə.f) zühurundan sonrakı dövrü məsumların hədislərində müxtəlif baxışlardan izah olunmuşdur:

1. Ümumdünya İslam hakimiyyəti.

İmam Sadiq (ə) buyurmuşdur: "Bizim Qaimimiz qiyam etdikdə bütün yer üzündə Allahın birliyinə və Peyğəmbərin (s) nübuvvətinə şəhadət veriləcəkdir".

2. İlahi hökmlərin tam icrası.

İmam Kazim (ə) "Hədid" surəsinin 17-ci ayəsinin təfsiri barədə belə buyurmuşdur: "Allahın yeri öldürdükdən sonra yenidən diriltməsində məqsəd, onu yağışla diriltməsi deyildir. Allah bəzi insanları göndərərək yeri ədalət və ilahi hökmlərin icrasıyla dirildəcəkdir".

3. Quran təlimlərinin dirçəldilməsi.

Həzrət Əli (ə) İmam Mehdinin (ə.f) qiyamının nəticələri barədə buyurmuşdur: "İnsanlar Quranı öz istədiklərinə uyğun şəkildə izah etdikdə o, onların fikir və nəzərlərini Qurana tərəf yönəldəcək və Quran həqiqətlərinə xidmət göstərməyə sövq edəcəkdir.

O, unudulmuş Quran, sünnə və onun həmişəyaşar təlimlərini necə dirçəldəcəyini sizə göstərəcəkdir".

4. Zülmün məhv və ədalətin bərqərar edilməsi.

Peyğəmbər (s) buyurmuşdur: "Mehdi (ə.f) mənim övladlarımdandır. O, qeybə çəkiləcək, zühur etdikdə isə zülmlə dоlmuş yer üzünü ədalətə qərq edəcəkdir".

5. İslamın yenidən dirçəldməsi

İmam Baqir (ə) buyurmuşdur: "Peyğəmbərin (s) etdiyi işləri o da edəcəkdir. Peyğəmbər (s) cahiliyyət adətlərini sındırdığı kimi, o da qabaqkı qanunları ləğv edəcəkdir. O, İslamı əvvəldən başlayacaqdır".

6. İnsanlar arasında elmin kamilləşməsi.

İmam Sadiq (ə) buyurmuşdur: "Elm 27 hərfdən ibarətdir. Peyğəmbərlərin (s) gətirdiyi bütün təlimlər onun yalnız 2 hərfidir. Bizim Qaimimiz qiyam etdikdə onun digər 25 hərfini də aşkara çıxaracaq və insanlar arasında yayacaqdır".

7. Əqli inkişaf.

İmam Baqir (ə) buyurmuşdur: "Bizim Qaimimiz qiyam etdikdə Allah, bəndələrin ağıllarını toplayacaq, sahmana salacaq, fikir və düşüncələrini kamilləşdirəcəkdir".

8. Təhlükəsizlik.

İdris peyğəmbərin (ə) səhifələrindən belə nəql olunmuşdur: "Muhəmməd ailəsinin Qaimi (ə.f) zühur etdiyi zaman yer üzünə təhlükəsizlik bəxş edəcək, insanların bir-birinə zərər yetirmələri və bir-birindən qorxmaları aradan qalxacaqdır" 62 .

Həmçinin İmam Əli (ə) buyurmuşdur: "O zaman bir qadın İraqdan Şama qədər piyada gedər; heç kim və heç bir şey onu qorxutmaz".

9. İnsanlar arasında birlik və məhəbbət.

Əmirəl-möminin Əli (ə) buyurmuşdur:

لو قد قام قائمنا...لذهبت الشخاء من قلوب العباد

"Bizim Qaimimiz (ə.f) qiyam etdikdə kin və düşmənliklər bəndələrin qəlbindən çıxacaqdır".

10. Yer üzünün günahdan paklanması.

İmam Sadiq (ə) İmam Mehdinin (ə.f) zühurundan sonrakı insanlar haqqında belə buyurmuşdur:

ولا يعصون الله عز وجل فى أرضه

"İnsanlar yerdə Allaha itaətsizlik göstərməzlər".

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930