Əyyamul-beyz - Bəyaz günlər...
Mьəllif: admin1
Tarix: 15-02-2021, 11:17
Əyyamul-beyz - Bəyaz günlər...
Hicri-qəməri təqvimlə hər ayın 13, 14 və 15-ci günləri "əyyamul-beyz", yəni bəyaz günlər adlanır.

Müsəlmanların əqidəsinə görə rəcəb, şəban, ramazan ayları bəyaz günlərin fəziləti böyükdür.

İmam Sadiq (ə) Əyyamul-beyz günlərində orucla bağlı buyurur: "Rəcəb ayı əyyamul-beyzdə bir günün orucuna görə Allah-Taala bir il orucun savabını verər."

Bu üç günün digər günlərdən fərqlənməsinin iki səbəbi diqqəti cəlb edir. Səbəblərdən biri ayın 13, 14, 13-cü günləri ayın bütövlüyü ilə əlaqədar gecənin işıqlı olmasıdır.

İkinci səbəb İslam Peyğəmbərindən (s) nəql olunmuş hədisə əsaslanır. Həzrət Adəm tərki-övla - yaxşı işi tərk etdiyinə görə bədəni qaralmışdı.

Ona ilham olundu ki, həmin 3 günü oruc tutsun. Həzrət Adəm hər gün orucu başa çatdıranda bədəninin bir hissəsi ağardı.

Rəcəb ayı bu üç günü etikaf etmək fəzilətli əməllərdəndir. Etikaf Qurani-Kərimdə (Bəqərə, 125, 187) yada salınmış fəzilətli əməllərdəndir.

Peyğəmbər (s) buyurur ki, etikaf edən şəxs (mötəkif) bütün günahlarını bəndə salar. Etikafda şərt oruc tutmaqdır. Etikaf üçün ən münasib vaxt ramazan ayının son ongünlüyü və 13-15 rəcəbdir.

Həzrət Əli (ə) buyurur: "Mötəkif şəxs etikaf günləri məscidi tərk etməməlidir. Dua, namaz, Quran qiraətinə məşğul olmalıdır. Dünya söhbəti etməməlidir..."


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031