Yetimin başına məhəbbətlə əl çəkən insana, əlini çəkdiyi hər bir tükün sayı qədər savab yazılır
Mьəllif: admin1
Tarix: 22-05-2020, 22:01
Yetimin başına məhəbbətlə əl çəkən insana, əlini çəkdiyi hər bir tükün sayı qədər savab yazılır


Uşaqlar – sanki məsum bir mələkdirlər. Onlar bu qədər məsum olduqlarına görə bizim üçün bu qədər əzizdirlər. Biz özümüzdən asılı olmayaraq uşaqları sevirik - istər onları tanıyaq, istərsə də yox.

Onların qayğısına qalmaq üçün özümüzdə məsuliyyət hiss edirik. Onların göz yaşlarına dözə bilmirik. Amma elə öz yaxınlarımızda elə uşaqlara rast gəlirik ki, yaşlarının az olmasına baxmayaraq, çiyinlərindəki yük ağırdır.

Onlar soyuq və isti bilmədən ailələri üçün çalışır və zəhmət çəkirlər. Bu ağrılı səhnələri o qədər görmüşük ki, artıq bizim üçün adi olmuşdur. O uşaqlar ki, başsızdırlar və baxımsızdırlar, cəmiyyətin eybi hesab olunur.

Lakin hər birimizin bu uşaqlar qarşısında məsuliyyətimiz vardır. Yaxşı bilirik ki, bu uşaqlardan faydalanmaq istəyən insanlar çoxdur. Rəhimsiz şəkildə onları işlədir və qazanc əldə edirlər, lakin bu, bizim laqeyd olmağımız üçün səbəb ola bilməz.

Necə ki, onlar bizə möhtacdırlar, gözləri ilə bizdən yardım istəyirlər, bir gün biz də bu baxışlara möhtac olacağıq. O zaman ki, əliboş Allah Təalanın qarşısında qərar tutacağıq, arzu edəcəyik ki, ey kaş onlara az da olsa, yardım edəydik.

İslam dini yetimə nəvaziş göstərməyi həmişə tövsiyə etmişdir. Bunun dünya və axirət bərəkətləri vardır. Bu haqda gələn bəzi hədislərə işarə edək.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim yetimə himayəçilik edər o zamana qədər ki, ehtiyacsız olar, Allah bu işə görə behişti ona vacib edər, necə ki, cəhənnəm atəşini yetim malını yeyən üçün vacib etmişdir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Müsəlmanların ən yaxşı evi – o evdir ki, orada yetim olsun və ona yaxşılıq edilsin. Müsəlmanların ən pis evi – o evdir ki, orada yetim olsun və ona pislik edilsin. Mən və yetimin himayəçisi behiştdə iki barmaq kimi birlikdəyik”.

İmam Əli (ə) buyurur: “Elə bir mömin kişi və qadın yoxdur ki, məhəbbət əlini yetimin başına qoysun, məgər o halda ki, Allah əlini çəkdiyi hər bir tükün sayı qədər ona savab yazsın”.

Həzrət Peyğəmbər (s) buyurur: “İstəyirsənmi ki, ürəyin yumşaq olsun və istəyinə çatasan? Yetimə mehribanlıq et və sevgi əlini başına çək, yeməyini ona yedizdir ki, ürəyin yumşaq olsun və istəyinə çatasan”.

Yetim uşağın başqa uşaqlardan daha çox sevgiyə ehtiyacı vardır. Yaxşı olar ki, ona öz uşağımız kimi baxaq və onlara xidmət edən kimi xidmət edək. Onunla elə rəftar edək ki, əgər bir gün öz uşaqlarımız yetim qalsa, onunla bu cür rəftar edilməsini istəyərdik.


/Deyerler/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930