Tofiq nədir? İbadətdə tofiqi necə əldə etmək olar?
Mьəllif: admin1
Tarix: 10-07-2020, 16:49
Tofiq nədir? İbadətdə tofiqi necə əldə etmək olar?

“Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam”. (“Zariyat” 56).

O əməl ki, qürbət niyyəti ilə yerinə yetirilər, ibadət adlanar. Bu əməl Allah rizasını qazanmaq üçün yerinə yetirilməlidir.

İbadətdə təvazö - mühüm amildir, lakin hər təvazökarlıq ibadət deyildir. Misal üçün insan başqası qarşısında təvazökarlıq edən zaman demirlər ki, ona ibadət edir. Həmçinin hər itaət də ibadət deyildir.

Tofiq nədir? Tofiq odur ki, Allah Təala, bəndənin istəyinə uyğun olanları hazır etsin. Tofiqin təzahürü odur ki, camaat namazında iştirak edəsən, dost tapasan və əxlaq məsələlərində müşavirin olsun, insanlara xidmət etmək üçün fürsət yaransın...

Quran ayələrində və hədislərdə İlahi tofiqə işarə olunmuşdur. “Mənim uğurum yalnız Allahın köməyi ilədir”. (“Hud” 88).

İmam Əli (ə) buyurur: “Tofiq - yerə enən ən dəyərli şeydir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Az tofiq çoxlu ağıldan daha yaxşıdır”.

İmam Əli (ə) buyurur: “Allah bəndələri! Allahdan tofiq istəyin, çünki tofiq - möhkəm təməldir”.

İmam Əli (ə) İmam Həsənə (ə) tövsiyə verən zaman buyurur: “Allahdan tofiq istə”.

Tofiqin amilləri:

1. Təqva.

İbadət tofiqinə səbəb olan amil - təqva və günahı tərk etməkdir. “Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq”. (“Əraf” 96).

Bərəkət iki cür olur: maddi və mənəvi. Tofiqat - mənəvi bərəkətdir. “Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar. Və ona güman etmədiyi bir yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər”. (“Təlaq” 2-3).

Ruzi də iki cür olur: maddi və mənəvi. Həqiqi ruzi - mənəvi ruzidir. Dualarda da mənəvi ruzi istəmək çox tövsiyə edilir.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim haram işdən üz çevirərsə, Allah onun yerinə şad edəcək ibadət əta edər”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Haramdan çəkin ki, hamıdan abid olasan”.

Ona görə də tofiqi kəsb etməyin ilk amili İlahi əmrlərə itaət etmək və günahdan uzaq olmaqdır.

2. Tövbə.

«Və öz Rəbbinizdən bağışlanmaq istəyəsiniz, sonra (tövbə edərək) Ona tərəf qayıdasınız ki, sizi müəyyən müddətədək (dünya həyatının) gözəl bəhrələrindən bəhrələndirsin və hər bir fəzilət sahibinə öz dəyərini (hər bir kamal sahibinə kamalına uyğun olaraq onun dünya və axirət kamilliklərinin mükafatını) əta etsin. Və əgər üz döndərsəniz, şübhəsiz, mən sizin üçün böyük günün əzabından qorxuram». (“Hud” 3).

Bəli, istiğfar etmək insana ruzi gətirər. Həm maddi və həm də mənəvi. Mənəvi ruzi isə tofiqatdır.

«Və ey mənim qövmüm, Rəbbinizdən bağışlanmaq diləyin, sonra Ona tərəf qayıdın (tövbə edin) ki, sizə bollu bulud və yağış göndərsin, sizin (cismani və maddi) gücünüzə bir güc də artırsın və (Ondan) günahkar kimi üz çevirməyin». (“Hud” 52).

İnsan o zaman günaha bulaşmış və xata içində olar, İlahi tofiq ona şamil olmaz. Ona görə də istiğfar - İlahi tofiqə hazır olmağın tək yoludur.

“Tövbə rəhməti endirər”. “İstiğfar, ruzini artırar”. “İstiğfar et ki, ruzi verilsin”.

3. Səy.

“Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir”. (“Ənkəbut” 69).

Bu ayədə adı çəkilən cihad - iman və təvqa əldə etmək üçün səy və çalışmaqdır. İmam Rza (ə) buyurur: “Hər kim Allahdan tofiq istəyər, halbuki səy etməz, özünə istehza etmiş olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim davamlı olaraq qapını döyərsə, nəhayət daxil olar”.

İmam Əli (ə) buyurur: “Hər kim bütün gücünü işə salarsa, bütün istəklərinə çatar”.

Allah Təala bizə tofiqat əta etsin.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930