Həzrət Peyğəmbərdən (s) və İmam Əlidən (ə) 14 tərbiyəvi hədis
Mьəllif: admin1
Tarix: 1-04-2024, 12:55
Həzrət Peyğəmbərdən (s) və İmam Əlidən (ə) 14 tərbiyəvi hədis

Həzrət Peyğəmbər (s) buyurur: “Camaat təvazö sahiblərindən başqa hər bir nemət sahibinə həsəd aparar.

Özünü aşağı tutmaq peyğəmbərlərin xüsusiyyətlərindəndir. Təkəbbür isə kafirlər və firon xasiyyətli adamların xüsusiyyətlərindəndir”.

Həzrət Əli (ə) buyurur: “Qəlb nə ilə dolsa, dodaqlardan da o tökülər”.

İmam Əli (ə): «İnsanın ruhu (iradəsi) güclənəndə ağıl və düşüncəyə, zəifləyəndə isə bəxtə arxalanır».

Həzrət Əli (ə) buyurur: “Söz dərman kimidir, azı faydalı, çoxu isə zərərlidir”.

Rəsuli-Əkrəm (s) buyurur: “Heç nə həbs olunmağa dil qədər layiq deyil”.

Allahın Peyğəmbəri (s): «Bəndə özü üçün sevdiyi şeyi qardaşı üçün də sevməyincə, zarafat və ciddiliyində Allahdan qorxmayınca imanın kamilliyinə çatmaz».

imam Əli (ə) buyurur: «Çox danışan şəxs çox səhv edir. Çox səhv edən şəxsin həyası azalır. Həyası azalan şəxsin pəhrizkarlığı azalır. Pəhrizkarlığı azalan şəxsin qəlbi ölür. Qəlbi ölən şəxs isə cəhənnəm oduna daxil olur».

İmam Əli (ə) buyurur: «Səxavət insanı əleyhdarlarına da sevdirər, simiclik isə hətta, övladlarında da ona qarşı nifrət oyadar».

Həzrət Əli (ə) buyurur: “Qulaq batıran səs acı çəkən məzlumun susaraq dayanmağıdır”.

Həzrət Əli (ə) buyurur: “Yaxşı kürəkən - qazanılmış bir oğuldur.

Pis kürəkən, itirilmiş bir qızıdr”.

Həzrət Əli (ə) buyurur: “İmanlı insanın ağzının açarı olar”.

Həzrət Əli (ə) buyurur: “Dolanışığını mərdliklə qazanmağa çalış, nəfsini alçaqlıqlardan qoru ki, fəqir olsan belə şərəfli qalasan”.

Həzrət Əli (ə) buyurur: “Dürüstlük bahalı bir maldır, ucuz insanlarda tapılmaz”.

Həzrət Əli (ə.) buyurur: "İnsana təəccüb edin: piylə baxır, ətlə danışır, sümüklə eşidir və deşikdən nəfəs alır."

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930