Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Məhəbbəti cəlb etməyin yolları

Məhəbbəti cəlb etməyin yolları

Məhəbbəti cəlb etməyin yolları


Həzrət Peyğəmbər (s) buyurur: “Canım əlində olan Allaha and olsun ki, mömin olmadan behiştə daxil olmazsınız. Mömin olmazsınız, məgər o halda ki, bir-birinizi sevməzsiniz. İstəyirsiniz ki, sizi elə yola hidayət edim ki, onu yerinə yetirsəniz bir-birinizi sevərsiniz? Aranızda salam verməyi çoxaldın”. (Tebyan)

Sevgi - insanın varlığının bir hissəsidir ki, doğumdan bəri onunla bir yerdə olar. Müxtəlif ictimai amillərin təsiri altında formalaşar. Sevgi qalıcı hissdir.

Allah yolunda və Allah üçün sevgi göstərmək - ən pak və ən dəyərli məhəbbətdir. Məhəbbətin bu dərəcəsinə ancaq Allahı atxaranlar çata bilərlər. Çünki onlar həyatlarını hər bir tərəfində İlahi rəng axtararlar. İmam Sadiq (ə) nurani kəlamında buyurur: “Həqiqətən, imanın ən möhkəm kökləri və kəndiri odur ki, sənin sevgin, əta və hədiyyən, qadağan Allah yolunda olsun. Allah düşməninin dostu - Allahın düşmənidir”.

Bu məsələ o qədər əhəmiyyətlidir ki, hətta imanın kökünü sevgidə bilirlər. İmam Sadiq (ə) buyurur: “Məgər iman sevgidən başqasıdrmı?”. Sonra bu ayəni tilavət edir: “Lakin Allah imanı sizə sevdirdi, onu qəlblərinizdə cilvələndirdi”. (“Hucurat” 7).

Əgər başqalarını sevmək istəyiriksə, gərək Allaha görə sevək. Bizim bu sevgimiz Allahın və İlahi Övliyaların (ə) tövsiyə etdiyi sevgi olmalıdır. Əks halda əgər başqa yolla hədəfə doğru irəliləmək istəsək, istədiyimiz nəticəni almayacağıq.

Quran ayələrində və hədislərdə bu haqda ətraflı izahat verilmişdir ki, onlara işarə edək:

1. Dil məhəbbəti. O kəsləri ki, sevirik, lazımdır ki, onlara bunu deyək.

2. Rəftar məhəbbəti. Rəftar məhəbbəti dil məhəbbətinin sədaqətinin nişanəsidir ki, növləri vardır:
a). Hədiyyə. İmam Sadiq (ə) buyurur: “Bir-birinizə hədiyyə verin, bu yolla bir-birinizə məhəbbət edin ki, hədiyyə kini aradan aparar”.
b). Xoş əxlaq. İmam Baqir (ə) buyurur: “Yaxşı iş görmək və xoş üzlük - məhəbbəti cəlb etməyin mənbəyidir”.
c). Yaxşı adla çağırmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Üç şey insanın müsəlman qardaşına sevgisinə səfa verər və bir rəng edər. 1. Nə zaman onu görsə, gülərüzlə rəftar etsin. 2. Nə zaman qardaşı onun yanına gəlmək istəsə, onun üçün yer açsın. 3. Hər şeydən çox sevdiyi adla onu səsləsin”.
d). Əl vermək. Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman müsəlmanlar bir-birinə çatarlar, bir-birinə əl verərlər. Allah günahlarını tökər, necə ki, yarpaq ağacdan tökülər”.
İmam Sadiq (ə) buyurur: “Bir-birinizə əl verin ki, əl vermək kini aradan aparar”.
e). Səxavət. İmam Rza (ə) buyurur: “Səxavətli insan behişt və insanlara yaxındır. Simic isə behişt və insanlardan uzaq olar”.
ə). Təvazökarlıq. İmam Əli (ə) buyurur: “Təvazökarlığın səmərəsi - məhəbbətdir”.
f). Sədaqət. O zaman ki, insan kimisə sevər, ona yalan deməz. İmam Əli (ə) buyurur: “Sadiq insan sədaqəti ilə üç şey əldə edər: hüsnü-etimad, məhəbbət və əzəmət”.
g). Hüsnü-zənn. İmam Əli (ə) buyurur: “O kəs ki, insanlara hüsnü-zənn edər, onların sevgisini almış olar”.
h). İnsaf. İmam Əli (ə) buyurur: “İnsaf, məhəbbətin davamlı olmasına səbəb olar”.
i). Ehtiram. Ehtiram, öz dalınca hörmət gətirər.
j). Məhəbbətin yazılı izharı. İmam Əli (ə) buyurur: “Məktub sənin sözlərini danışandır”.

İmam Cavad (ə) buyurur: “Üç sifətlə (başqalarına) məhəbbət əldə olunar: ünsiyyətdə insaf, çətinliklərdə həmdərd olmaq, pak qəlbə qayıtmaq”.

Həzrət Peyğəmbər (s) buyurur: “Ən yaxşı mömin o kəsdir ki, möminlərlə ünsiyyət qurar. O kəs ki, ünsiyyət qurmaz, ünsiyyət qəbul etməz. Onda xeyir olmaz”.

İmam Əli (ə) buyurur: “Xeyirxahlıq məhəbbət gətirəndir”.

Allah Təala bizləri Ona xatir məhəbbət bəsləyənlərdən qərar versin.

/Deyerler.org/
Müəllif: Admin | 22-02-2015, 23:49
Baxılıb: 968
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.