Saleh insanların ən bariz sifəti
Müəllif: admin1
Tarix: 25-11-2021, 09:46
Saleh insanların ən bariz sifəti
“O kəslərə ki, Allah yad ediləndə (Onun adı çəkiləndə) qəlbləri qorxuya düşür, üz verən (çətinlik)lərə səbr edir, namaz qılır və verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər”. (“Həcc” 35).

Allah bu ayədə möminlərə behişti müjdə verir və bunun üçün yollar göstərir.

Bu yollardan biri Allahı yada salmaq və zikrdir. Zikr insan qəlbini cilalayar. Həyat çətinliklərindən ən asan şəkildə keçməyə imkan yaradar.

Möminləri behiştə apara biləcək sifətlərdən ən barizi isə səbir və mətanətdir.

Quran və Məsumlar (ə) möminlərə həmişə səbir etməyi tövsiyə edirlər. Əslində səbir - saleh insanların ən bariz sifətidir.

Həzrət Peyğəmbər (s) merac gecəsində Allah Təalaya belə sual verir: “Hansı iş daha yaxşı və daha bəyəniləndir?”.

Allah Təala buyurur: “Heç bir şey Mənim yanımda Mənə təvəkkül etməkdən, təqdir etmədiyimə razı olmaqdan daha yaxşı deyildir”.

Bu üstün rəftarı adətən o kəslər nümayiş etdirir ki, təkamül yolunu arxada qoymuş və kamalın son həddinə çatmışdılar.

İnsanın İlahi təqdirə razı olması üçün xüsusi ruhi və psixoloji şəraitin olması zəruridir.

Heç kəs sadəliklə deyə bilməz ki, mən Allahın mənə təqdir etdiyi hər şeyə razıyam. Çünki bəzən əməldə elə hadisələr baş verir ki, insan başqalarının razılığını Allahın razılığından üstün bilir.

İnsanların istəyi ilə müxaliflik etmək çox çətin bir işdir, su cərəyanın əksinə hərəkət etmək kimidir. Hər birimiz az və ya çox halda bunu təcrübə etmişik.

Bilirik ki, bəzi istəklərimizi Allah bəyənmir və nəinki bəyənmir, hətta onu yerinə yetirməyi qadağan belə edir.

Onu yerinə yetirən üçün əzab vəd edir. Ancaq biz bəzən öz istəklərimizi Allahın əmrindən üstün bilirik.

Əmirəl-möminin (ə) buyurur: “O kəsin ki, səbiri var, qələbədən və müvəffəqiyyətdən məhrum olmaz. Hətta əgər uzun zaman keçsə belə”.

İmam Sadiq (ə) buyurur: “Azad o kəsdir ki, hal və işlərində azad olar. Heç bir halda başqalarının bəndəliyi altına girməz. Əgər belə bir insanın başına çətinlik gəlsə, azadlıq ruhundan yardım alaraq onun qarşısında səbir edər”.

İmam Sadiq (ə) bu hədisdə buyurur ki, səbir – azad olmağın nişanəsidir. O kəs ki, çətinlik qarşısında səbir etməz, sanki ixtiyarı mənfi hisslərinin əlində olar.

Onların əmri ilə fəryad çəkər və səs-küy salar. Bu bir növ qul olmaqdır. Lakin o kəs ki, azaddır – ixtiyarı öz əlindədir və özünü kontrol edə bilir.

Həzrət Peyğəmbər (s) buyurur: “Səbirin dörd bölməsi vardır: şövq, qorxu, zahidlik, intizar. Hər kimin behiştə şövqü olar, hava və həvəsdən əl çəkər.

O kəs ki, atəşdən qorxar, özünü haramlardan qoruyar. Hər kim dünyaya laqeyd olar, çətinlikləri heç sayar. O kəs ki, ölümün intizarında olar, xeyir işlər üçün səy göstərər”.

İmam Kazım (ə) buyurur: “Allahın itaətinə səbir et və günahını tərk etməkdə səbir göstər. Çünki dünya bir andan başqa bir şey deyildir. Olduğun hər anda səbirli ol, sanki xoşbəxt və sevinclisən”.

Oxşar xəbərlər
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930