Quran haqqında olan ümumi məlumatlar
Müəllif: Admin
Tarix: 4-02-2017, 22:11
Quran haqqında olan ümumi məlumatlar

Әziz Quran aşiqləri! Quran haqqında olan bəzi ümumi məsələləri əldə etmək istədikdə aşağıdakı verilmiş sualların cavabına diqqət yetirə bilərsiz.

1) Sual: Quran neçə surədən ibarətdir?
Cavab: Quran 114 surədən təşkil tapmışdır.

2) Sual: Quran neçə cüz (hissə)dən ibarətdir?
Cavab: Quran 30 cüzdən ibarətdir.

3) Sual: Quran neçə hizbdən (hissənin qismindən) təşkil tapır?
Cavab: Quran 120 hizbdən ibarətdir.

4) Sual: Quranın neçə ayəsi vardır?
Cavab: Quranın 6236 ayəsi vardır.

5) Sual: Qurani-Kərim neçə hərfdən ibarətdir?
Cavab: Qurani-Kərim 323671 hərfdən ibarətdir.

6) Sual: Qurani-Kərim neçə kəlmədən təşkil tapır?
Cavab: Qurani-Kərim 77807 kəlmədən təşkil tapmışdır.

7) Sual: Qurani-Kərimdə neçə dəfə Quran kəlməsi gəlmişdir?
Cavab: Qurani-Kərimdə 70 dəfə Quran kəlməsi gəlmişdir.

8) Sual: Qurani-Kərimdə ən böyük ədəd hansıdır?
Cavab: Quranda ən böyük ədəd 100000-dir ki, əs-Saffat surəsinin 147-ci ayəsində gəlmişdir. (37-ci surə)

9) Sual: Quranda ən çox işlədilmiş hərf hansıdır?
Cavab: Quranda ən çox işlədilmiş hərf əlif(أ) hərfidir.

10) Sual: Quranda ən az işlədilmiş hərf hansıdır?
Cavab: Quranda ən az işlədilmiş hərf za (ظ) hərfidir.

11) Sual: Quranda işarə olunmuş ən gözəl və üstün gecə hansıdır?
Cavab: Quranda işarə olunmuş ən gözəl və üstün gecə “Qədr” gecəsidir.

12) Sual: Quranda buyurulmuş ən gözəl ay hansıdır?
Cavab: Quranda buyurulmuş ən gözəl ay “Ramazan” ayıdır.

13) Sual: Quranda olan ən gözəl surə hansıdır?
Cavab: Quranda olan ən gözəl surə “Yasin” surəsidir. (36-cı surə).

14) Sual: Quranın ən böyük surəsi hansıdır?
Cavab: Quranın ən böyük surəsi “əl-Bəqərə” surəsidir ki, bu surə 286 ayədən ibarətdir. (2-ci surə).

15) Sual: Quranın ən kiçik surəsi hansıdır?
Cavab: Quranın ən kiçik surəsi “əl-Kovsər” surəsidir ki bu surə isə 3 ayədən təşkil tapır. (108-ci surə).

16) Sual: Quranda ən böyük ayə hansıdır?
Cavab: Quranda ən böyük ayə “əl-Bəqərə” surəsinin 282-ci ayəsidir. (2-ci surə).

17) Sual: Quranda ən kiçik ayə hansıdır?
Cavab: Quranda ən kiçik ayə (Muqəttəə hərflərindən əlavə) مُدْهآمَّتَانِ “Mudhammətan” ayəsidir ki, ər-Rəhman surəsinin 64-ci ayəsi hesab olunur. (55-ci surə).

18) Sual: Quranda ilk surə hansıdır?
Cavab: Quranda ilk surə “əl-Fatihə” surəsidir. (1-ci surə)

19) Sual: Quranın sonuncu surəsi hansıdır?
Cavab: Quranın sonuncu surəsi “ən-Nas” surəsidir. (114-ci surə)

20) Sual: Quranda ən böyük kəlmə hansıdır?
Cavab: Quranda ən böyük kəlmə فَأَسْقَيْناكُمُوهُ «fəəsqəynakumuhu» kəlməsidir ki bu kəlmə on bir hərfdən ibarətdir və “əl-Hicr” surəsinin 22-ci ayəsində yerləşir. (15-ci surə).

21) Sual: Quranın ortasında yerləşən kəlmə hansıdır?
Cavab: Quranın ortasında yerləşən kəlmə “əl-Kəhf” surəsinin 19-cu ayəsindəki, وَلْيَتَلَطَّفْ “vəlyətələttəf” kəlməsidir. (18-ci surə).

22) Sual: Quranda neçə surə “Qul” (yəni:de) kəlməsi ilə başlayır?
Cavab: Quranda 5 surə “Qul” kəlməsi ilə başlayır və onlar aşağıdakılardan ibarətdir:
1. “əl-Cinn” surəsi. (72-ci surə)
2. “əl-Kafirun” surəsi (109-cu surə)
3. “əl-İxlas” surəsi (112-ci surə)
4. “əl-Fələq” surəsi (113-ci surə)
5. “ən-Nas” surəsi (114-ci surə)

23) Sual: O iki ayə hansıdır ki, onlarda ərəb əlifbasının 28 hərfi cəm olunmuşdur?
Cavab: 1) “Ali-İmran” surəsini 154-cü ayəsi. (3-cü surə).
2) “əl-Fəth” surəsinin sonuncu ayəsi. (48-ci surə).

24) Sual: Bütün ayələrində الله “Allah” kəlməsi olan surə hansıdır?
Cavab: “əl-Mucadələ” surəsi, (58-ci surə)

25) Sual: Quranın anası adı ilə tanınmış surə hansıdır?
Cavab: “əl-Fatihə” surəsi (1-ci surə)

26) Sual: Hansı surə Quranın ürəyi adı ilə tanınmışdır?
Cavab: “Yasin” surəsi (36-cı surə)

27) Sual: Quranın gəlini adı ilə tanınan surə hansıdır?
Cavab: “ər-Rəhman” surəsi (55-ci surə)

28) Sual: İmam Hüseyn (əleyhis-salam) adı ilə tanınmış surənin adı nədir?
Cavab: “əl-Fəcr” surəsi (89-cu surə)

29) Sual: O hansı surədir ki, onun ayələrnin sayı on dörd məsumun sayı qədərdir?
Cavab: “əs-Səff” surəsi. (61-ci surə)

30) Sual: O hansı surədir ki, onun kəlmələrinin sayı on dörd məsumun sayı qədərdir?
Cavab: “əl-Әsr” surəsi (103-ci surə)

31) Sual: O hansı surədir ki, onun ayələrinin sayı, müsəlmanlara vacib olan, gündəlik namazların rəkətinin sayı qədərdir?
Cavab: “ət-Tariq” surəsi, (86-cı surə)

32) Sual: Quranın mənasını özündə cəm edən surənin adı nədir?
Cavab: “əl-Fatihə” surəsi (1-ci surə)

33) Sual: On ada məxsus olan surə hansıdır?
Cavab: “əl-Fatihə” surəsi, (1-ci surə) bu surənin adları aşağıdakı tərtiblərdir:
1. Fatihətul-kitab.
2. Ümmül-kitab.
3. Ümmül-Quran.
4. Səbül-məsani.
5. əl-vafiyə.
6. əl-kafiyə.
7. əş-şafiyə.
8. əl-əsas.
9. əs-səlat.
10. əl-həmd.
Bu adların hər biri öz növbəsində müəyyən hədis və rəvayətlərdən əldə olunmuşdur.

34) Sual: Qurani-Kərimdə olan surələrin neçəsi Məkkədə və neçəsi Mədinədə nazil olmuşdur?
Cavab: 86 surə Məkkədə 28 surə isə Mədinədə nazil olmuşdur.

35) Sual: Vacib səcdəsi olan surələr hansılardır?
Cavab: Vacib səcdəsi olan surələr bunlardır:
1) “əs-Səcdə” (32-ci surə), ayə-15.
2) “Fussilət” (41-ci surə), ayə-37.
3) “ən-Nəcm” (53-ci surə), ayə-62.
4) “əl-Әləq” (96-cı surə),ayə-19.

36) Sual: Allah kəlməsi Quranda neçə dəfə gəlmişdir?
Cavab: Allah kəlməsi Quranda 2707dəfə gəlmişdir.

37) Sual: Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə 2 dəfə nazil olan surə hansıdır?
Cavab: “əl-Fatihə surəsi”. Belə ki, bu surə bir dəfə Məkkədə, bir də isə Mədinədə nazil olmuşdur. (1-ci surə).

38) Sual: O hansı surələrdir ki, onların ayələrnin sayı, pənctəni Ali-əbanın ( yəni Peyğəmbər, İmam Әli, həzrət Fatimə, İmam Həsən və İmam Hüseyn əleyhimus-salamın) sayı qədərdir?
Cavab:
1. “əl-Qədr” surəsi (97-ci surə).
2. “əl-Fil” surəsi (105-ci surə).
3. “Әbu Ləhəb” surəsi (111-ci surə).
4. “əl-Fələq” surəsi (113-ci surə).

39) Sual: Qiyamət mənasını verən surələr hansılardır?
Cavab:
1. “ər-Rəd” surə (13-cü surə).
2. “əl-Casiyə” surəsi (45-ci surə).
3. “əl-Vaqiə” surəsi (56-cı surə).
4. “əl-Həşr” surəsi (59-cu surə).
5. “ət-Təğabun” surəsi (64-cü surə).
6. “əl-Qiyamə” surəsi (75-ci surə).
7. “ən-Nəbə” surəsi (78-ci surə).
8. “əz-Zəlzələ” surəsi (99-cu surə).
9. “əl-Qariə” surəsi (101-ci surə).

40) Sual: Quranda neçə “Bismillahir-Rəhmanir-Rəhim” cümləsi vardır?
Cavab: Quranda 114 “Bismillahir-Rəhmanir-Rəhim” cümləsi vardır.

41) Sual: Hansı surənin adı Üsuli-dinin birinin adı ilə bağlıdır?
Cavab: “Tohid” (əl-İxlas) surəsi. (112-ci surə).

42) Sual: Hansı surənin adı Fürui-dinin birinin adı ilə bağlıdır?
Cavab: “əl-Həcc” surəsi (22-ci surə).

43) Sual: O hansı surələrdir ki, onların ayələrinin sayı Məsum İmamların sayı qədərdir?
Cavab:
1) “ət-Təlaq” surəsi (65-ci surə).
2) “ət-Təhrim” surəsi (66-cı surə).

44) Sual: Həftənin günlərinin adı ilə bağlı olan surə hansıdır?
Cavab: “əl-Cumuə” surəsi (62-ci surə).

45) Sual: Fe hərfi olmayan surə hansıdır?
Cavab: “əl-Fatihə” surəsi (1-ci surə).

46) Sual: Alimin silahı adı ilə bağlı olan surə hansıdır?
Cavab: “Qələm” (Nun) surəsi (68-ci surə).

47) Sual: Bismillahir-Rəhmanir-Rəhim-siz surə hansıdır?
Cavab: “ət-Tovbə” surəsi (9-cu surə).

48) Sual: Quranın hansı surəsində iki dəfə “Bismillahir-Rəhmanir-Rəhim” cümləsi gəlmişdir?
Cavab: “ən-Nəml” surəsi (27-ci surə).

49) Sual: O hansı surədir ki, onda bir ayə 31 dəfə təkrar olunub?
Cavab: “ər-Rəhman” surəsi (55-ci surə).

50) Sual: Allahın sifətləri ilə adlanan surələr hansılardır?
Cavab:
1) “ən-Nur” surəsi (24-cü surə).
2) “Fatir” surəsi (35-ci surə).
3) “ər-Rəhman” surəsi (55-ci surə).
4) “əl-Әla” surəsi (87-ci surə).

Oxşar xəbərlər
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031