Ailədə olan münaqişələri aradan qaldırmağın 8 yolu
Mьəllif: admin1
Tarix: 14-06-2017, 09:34


Münaqişə və anlaşılmamazlıqlar ailə həyatının ayrılmaz hissəsindən biridir. Öz-özlüyündə ailə üçün təhlükəli deyildir. Təhlükəli olan odur ki, həyat yoldaşları bu münaqişə ilə necə üzləşəcəklər. Əğər münaqişələr düzgün həll olmazsa, ailə həyatını böhrana sala bilər.
Ailələr adətən münaqişə ilə üzləşən zaman bu üç rəftardan birini büruzə verərlər:

1. Münaqişə haqqında söhbət etməkdən çəkinərlər. Elə bilərlər ki, çətinliklər öz-özünə həll olacaqdır.

2. İfrat reaksiya verərlər. Bir-biri ilə dava edərlər.

3. Aralarında olan münaqişəni məntiqli yolla həll edərlər.

Ailə münaqişələrini həll etməyin bir çox qayda və yolları vardır ki, onlara işarə edək:

1. Münaqişə haqqında danışmaq üçün münasib zaman və məkan olmalıdır. O zaman ki, ac və ya qəzəblisiniz, çətinlikləri həll etmək üçün münasib zaman deyildir. Həmçinin səs-küylü şəraitdə və insanların içində məsələ həll etmək olmaz. Xüsusilə də uşaqların yanında.

2. Mənfi hisslərinizi bəyan edin. Bəzən həyat yoldaşları öz çətinliklərini demək yerinə, bu hissləri nümayiş etdirərlər. Misal üçün ufuldayarlar, danışmazlar, qışqırarlar. Əgər narahatlıqlarını dillərinə gətirməsələr, qarşı tərəf bu hisslərdən xəbərdar ola bilməz. Hissləri bu cür rəftarlarla nümayiş etdirmək yerinə münasib sözlərlə ifadə etsələr, onu aradan qaldırmaq üçün daha çox şərait yaranar.

3. Sözlərinizə diqqət edin. Təhqir etməyin, töhmət vurmayın. Əgər səsiniz yüksələrsə, bir qədər özünüzü çimdikləyin ki, səsinizi dəyişəsiniz. Sonra söhbətinizə davam edin.

4. Keçmiş sandıqları açmayın. Münaqişəni həll etməyin yollarından biri də keçmiş problemləri yada salmamaqdır. Bu rəftar məsələnin daha da qəlizləşməsinə səbəb olar. Hal-hazırda olan problem haqqında danışın, başqa şey haqqında deyil.

5. Münaqişə etdiyiniz mövzunu müəyyən edin. Aranızda olan əsl problemi müəyyən edin. Söhbət edən zaman bu mövzunun üzərində dayanın. Yəni bu problemi müəyyən edib, ona dəqiq tərif vermək sizə bu münaqişəni həll etməkdə həll yolu göstərər.

6. Özünüzün və həyat yoldaşınız istəklərinə diqqət edin. Hər ikisi də öz istəyini bəyan etsin. Çalışın ki, öz nəzərlərinizi həyat yoldaşınıza qəbul etdirməyə çalışmayasınız. Bu problemə onun da baxışından nəzər salın.

7. Bu problemdə hər birinizin payına düşən mövzular haqqında söhbət edin. Cütlərin bir çoxu bəhs edən zaman təqsirkar olmadıqlarını sübut etməyə çalışarlar. Qarşı tərəfin təqsirkar olduğunu iddia edərlər. Bunu nəzərə alın ki, qarşı tərəfi ittiham etməklə heç bir çətinlik həll olmaz. O, belə olan zaman ancaq özünü madafiə edər və münasibətlər daha da çətinləşər. Bu məsələdə öz payınıza düşən səhvi araşdırın və boynunuza alın.

8. Hər biriniz problemi həll etmək üçün hansı addım atmısınız? Həyat yoldaşınıza deməyin ki, o, nə edə bilər. Bəlkə ona deyin ki, siz nə edə bilərsiniz. Ona deyin: "Mənim əlimdən nə gəlirsə, etməyə hazıram”. Bu problem haqqında söhbət etmək hər ikinizə də öyrədəcəkdir ki, çətinliklə üzləşən zaman necə rəftar etməlisiniz.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930