Ustad Fatiminiya kimdir?
Mьəllif: Admin
Tarix: 16-05-2022, 23:00
Ustad Fatiminiya kimdir?
Ayətullah Abdullah Fatiminiya din xadimi, natiq, əxlaq alimi, İslam tarixçisi və biblioqrafıdır. O, əxlaq və irfan, hədis, ərəb ədəbiyyatı poeziyasını araşdırır.

Onun dini moizələri tez-tez İran televiziyasında yayımlanır və bu səbəbdən İranda tanınmış din xadimləri sırasında yer alır. Onun böyük oğlu Həsən Fatiminiya Şəhid Behiştinin kürəkənidir.

Seyid Abdullah Fatiminiya 1946-ci ildə İranın Təbriz şəhərində anadan olur. O, gənc yaşlarından irfan alimlərindən olan atası Mir İsmayıl tərəfindən ibtidai dini və elmi təhsilə yiyələnir.

Sonrakı 30 ilə yaxın müddətdə Fatiminiya Seyid Əli Qazinin tələbələrindən olan Həsən Müstəfəvidən təhsil alır və eyni zamanda hövzə təhsilini də bu müddətdə davam etdirir.

Müstəfəvidən sonra o, Əllamə Təbatəbai, Seyid Məhəmməd Həsən İlahi Təbatəbai (Əllamə Təbatəbainin kiçik qardaşı), Məhəmməd Təqi Amuli, Seyid Rza Bəhauddin, Məhəmməd Təqi Behcət, Əllamə Cəfəri kimi alimlərdən istifadə edir.

Bütün bu sadalanan fəqihlərin əksəriyyəti böyük düha Seyid Əli Qazinin tələbələridir. Elə buna görə də ustadı dolayısı ilə Qazinin tələbəsi hesab etmək olar.

O, İslam elmləri üzrə mütəxəssisdir və bu sahədə tədqiqatlarla məşğuldur. Onun digər fəaliyyətlərinə hövzədə tədris, ekspert kimi radio və televiziyada dini proqramlara qatılmaq, hövzə və universitetlərdə mühazirələr oxumaq daxildir.

Ustad ictimai minbərlərdə təbliğatçı, eyni halda Səhifəyi Səccadiyə və Nəhcül-Bəlağənin məşhur, parlaq təfsirçilərindən sayılır. O, müxtəlif məclislərdə bir neçə dəfə bu dəyərli əsərlərdən silsiləvi məruzələrlə çıxış etmişdir.

Ustad Fatiminiya bütün bu fəaliyyəti daxilində çox qiymətli əsərlər də qələmə almışdır. Onun kitabları çox vaxt İslam şüuru və şiə anlayışlarının izahını özündə ehtiva edir.

Bunlardan bəzilərini qeyd edirik: “Parçalardan nöqtələr” (mühazirələrindən parçalar, üç cilddə), “İntizar mədəniyyəti”, “Eşqin sonu”, “Minlərdən bir nöqtə” (Ustad Fatiminiyanın mühazirələrinin yenidən nəşri, iki cilddə), “Ərməğani Qədir” (Qədir-Xum hadisəsi haqqında şiə və sünni mənbələrindən qırx hədis), “Camieyi Kəbir ziyarətinin şərhi və təfsiri” (Fatiminiyanın on məruzəsinin mətni), “Ziyarətlər”.

Bu siyahıya ustad Fatiminiyanın müxtəlif jurnallarda dərc olunan çoxsaylı məqalələri də daxildir.

1997-ci ilin fevralında ustad Fatiminiyanın xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilməsi çox acı bir hadisəni üzə çıxardı.

Ustad xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Zamanla xərçəngin acı təsirindən müalicə alan ustadın bəzən vəziyyəti yetərincə ağırlaşırdı. Onun kimyaterapiya seanslarından istifadə edildiyi də bildirilir.
(operativ.tv)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930