Arifin nəsihəti: Elə əməllər et ki, sənin qəflət və nadanlığını aradan qaldırsın
Müəllif: Admin
Tarix: 13-10-2021, 10:52
Arifin nəsihəti: Elə əməllər et ki, sənin qəflət və nadanlığını aradan qaldırsın
Böyük arif Mirza Cavad Ağa Məliki Təbrizi irfan və əxlaq əhli üçün hidayət toplusu olan dəyərli “Əl-Muraqibat” kitabının Rəbiül-əvvəl ayı bölməsində yazır:

Bu günlərin müraqibətlərindən biri də budur ki, salik şəxs bütün ayı (Rəbiül-əvvəl) gözəl təlaş və ibadətlər etməklə keçirsin, Allahın bu nemətini tanıdığı qədər öz Rəbbi ilə münacat etsin.

Bil ki, əgər sən cin və insanların ibadəti qədər ibadət etsən və bu ibadətdə peyğəmbərlər kimi ixlaslı olsan da, yenə bu nemətin şükrünü layiqincə yerinə yetirə bilməmisən.

Belə olduqda, ağıl hökm edir ki, bütün səyini toplayıb bacardığın qədər bu nemətin şükrünü yerinə yetirəsən. Belə əməl etsən, Allah Öz lütfü ilə onu qəbul edər. Çünki Allah kiçik, lakin ixlaslı ibadəti qəbul edir və ona çoxlu savab verir.

Ey müraqib bəndə! Bu gün elə əməllər et ki, sənin qəflət və nadanlığını aradan qaldırsın, vaxtdan nəhayət dərəcədə faydalan, həmin əməlləri sadiq ixlasla yerinə yetir və bu günləri çox böyük san, baxmayaraq ki, onun şükrünü lazımınca yerinə yetirə bilmirsən.

Bəndə mərifət, zikr və şükür kimi qəlbi ibadətlərdə özünün bütün səyini işə salmalıdır. Ancaq cismi ibadətlər barədə şəriət mötədil olmağı, öz taqət və gücündən artıq ibadət etməməyi buyurmuşdur.

Deməli, salik bəndə qəlbini paklamaqda, onu mərifət nuru və qəlbə lazım olan gözəl sifətlərlə bəzəməkdə bacardığı qədər səy etməli və bütün gücünü işə salmalıdır ki, İmam Sadiqin (ə) arifin vəsfində buyurduğu məqama çata bilsin.

Həzrət buyurur: “Əgər (arif) bir göz qırpımı qədər qəlbi Allahı yad etməkdən qafil olsa, Onun şövqündən ölər.”

Bu vaxt vəhm və zülmət pərdələri onun gözündən kənara çəkilər, Zatın cəmal və cəlalı onun ürəyinə nur saçar. Onun qəlbinə elə bir nur saçar ki, daha heç vaxt qəflətə düçar olmaz.

Onun qəlbinin əhvalı cəlaliyyə və cəmaliyyə sifətlərinin məxsus təcəlliləri ilə dəyişər, Mütəal Allah onun qəlbininin qorxu və ümid riyazətini Öz öhdəsinə alar ki, onu Öz yanında doğruçuların məqamında, Firdovsi-əlada, nur cənnətdə peyğəmbərlərin, şəhidlərin və siddiqlərin yanında qərar versin və “ Onlar necə də gözəl yoldaşlardır!” (“Nisa” surəsi, ayə 69)

Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031