Batini gözəlliklə yanaşı, zahiri nuraniyyət əldə etmək istəyənlərə 6 tövsiyə
Mьəllif: Admin
Tarix: 11-10-2021, 10:34
Batini gözəlliklə yanaşı, zahiri nuraniyyət əldə etmək istəyənlərə 6 tövsiyə
İmam Həsən Əsgəri (ə) buyurur: “Üzün gözəlliyi – zahiri gözəllik, ağılın gözəlliyi – insanın batini gözəlliyidir”.

İmam Əli (ə) buyurur: “İnsanın gözəlliyi – səbir və hövsələsindədir”.

Həzrət Əli (ə) buyurur: “İnsanın gözəlliyi vüqarında və hüzurlu olmasındadır”.

Hədislərimizdə adı çəkiilən gözəllik – batini gözəllikdir. Ancaq həmin batini gözəllik başqalarının qəlbini özünə cəlb edər və insanlar ona meyl edər.

Bu hədislərdən belə nəticəyə gəlmək olur ki, insanın batini gözəlliyi səbrindən, hövsələsindən, vüqarından asılıdır.

İlahi övliyaların həyatına nəzər salan zaman görmək olur ki, bu gözəl rəftarları həyatlarının hər bir anında göstərmişdilər. Əgər insan batini gözəlliklə yanaşı, zahiri nuraniyyət də istəyirsə, o zaman nə etməlidir?

1. Dəstəmaz almaq. Hədislərdə oxuyuruq: “Dəstəmaz üstünə dəstəmaz almaq – nur üstünə nurdur”. Hər kim simasının nurani olmasını istəyirsə, davamlı olaraq dəstəmazlı olması tövsiyə olunur.

Həzrət Peyğəmbər (s) buyurur ki, İmam Əlinin (ə) davamçıları dəstəmazın vasitəsilə behiştə daxil olarlar və üzləri ağ olar.

2. Bütün gecəni yatmamaq. Həzrət Əli (ə) buyurur: “Üzün nurani olması bütün gecəni yatmaqla bir yerə sığmır”. Yəni, əgər insan üzünün nurani olmasını istəyirsə, gərək gecənin bir hissəsində oyaq qalsın və ibadətlə məşğul olsun.

3. Gecə namazı. İmam Sadiq (ə) buyurur: “Mən üzün nuraniliyini istədim və onu gecə namazında tapdım. Gecə namazı gözəllik iksiridir”.

4. Namaz qılmaq. İmam Əli (ə) buyurur: “Namaz – üzün nuraniliyi və möminin izzətinə səbəb olandır”.

5. Allahın inayəti. İmam Əli (ə) buyurur: “Möminin üzünün gözəl olması - Allahın ona qarşı yaxşılığına görədir”. Əgər mömin Allahın rizası olan işlər görərsə, Allah da simasını gözəl edər.

6. Təvazökarlıq. İmam Əli (ə) buyurur: “Möminin gözəlliyi – təqva və təvazökarlığındadır”.

Yadda saxlayaq ki, bu əməlləri sadəcə üzümüzün nurani olması üçün yerinə yetirməyək. Gərək əsl hədəfimiz – Allah Təalaya yaxınlaşmaq və Onun rizasını əldə edən işlər görmək olmalıdır. Əgər niyyətimiz xalis olarsa, onun nuru istər-istəməz üzümüzə də sirayət edəcəkdir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031