'Mumtəhənə' surəsini tilavət etməyin fəziləti
Mьəllif: Admin
Tarix: 24-09-2021, 17:38
'Mumtəhənə' surəsini tilavət etməyin fəziləti
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

مَن قَرَأَ سورَةَ المُمتَحَنَةِ کانَ المُؤمِنونَ وَالمُؤمِناتُ لَهُ شُفَعاءَ یَومَ القِیامَةِ

“Hər kim “Mumtəhənə” surəsini oxusa, Qiyamət günü mömin və möminələr onun üçün şəfaətçi olarlar.” (“Məcməul-bəyan”, c.9, səh.267.)

İmam Səccad (ə) buyurmuşdur:

مَن قَرَأَ سورَةَ المُمتَحَنَةِ فی فَرائِضِهِ وَنَوافِلِهِ إمتَحَنَ اللّهُ قَلبَهُ لِلإیمانِ وَنَوَّرَ لَهُ بَصَرَهُ وَلایُصیبُهُ فَقرٌ أبَداً وَلا جُنونٌ فی بَدَنِهِ وَلا فی وَلَدِهِ

“Hər kim “Mumtəhənə” surəsini vacib və müstəhəb namazlarında oxuyarsa, Allah onun qəlbini iman üçün hazır (xalis) edər, gözünü işıqlandırar (ona bəsirət nuru verər). O, yoxsulluğa əsla düçar olmaz, özü və övladları dəliliyə tutulmaz.” (“Nurus-səqələyən”, c.5, səh.299.)

Aydındır ki, bu qədər savab və fəzilət “Allaha xatir sevmək”, “Allaha xatir düşmənçilik etmək” və “Allah yoluna cihad etmək” məsələlərini diqqət mərkəzində saxlayan, surəni oxuyub onun möhtəvasını öz həyatında tətbiq edənlərə aiddir. (“Təfsiri-nümunə”, c.24, səh.6.)


Maide.Az
Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31