Məscidə ilk daxil olan zaman hansı namazı qılmaq lazımdır?
Mьəllif: Admin
Tarix: 7-09-2021, 21:42
Məscidə ilk daxil olan zaman hansı namazı qılmaq lazımdır?
Hədislərimiz buyurur ki, müsəlman hansısa məscidə təzə daxil olarsa, yaxşı olar ki, ilk gördüyü əməl – təhiyyət namazı qılmaq olsun.

Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman sizlərdən biriniz məscidə daxil olar – əyləşməmiş iki rükətli namaz qılsın”.

İmam Əli (ə) buyurur: “Məscidin haqlarından biri budur ki, nə zaman ona addım atsan, iki rükətli namaz qılasan”.

Ona görə də hər kim məscidə vacib və ya müstəhəb namazlarını qılmaq niyyətilə daxil olarsa, müstəhəbdir ki, onlara başlamazdan əvvəl təhiyyət namazı qılsın.

Mərcəyi-təqlidlərin nəzərinə görə, Məscidul-haramın təhiyyət namazı – təvafdır. Həmçinin Cəmkəran məscidinin də təhiyyət namazı özünəməxsus şəkildə əda olunar.

Adi təhiyyət namazının qılınma qaydası belədir ki, namazqılan “Həmd” surəsindən sonra hansı surəni istəsə oxuya bilər. Hətta ancaq “Həmd” surəsini oxumaqla da kifayətlənə bilər.


/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031