Ən yaxşı salam
Müəllif: Admin
Tarix: 28-07-2021, 22:52
Ən yaxşı salam
Allah-Taala Qurani-Kərimin “Ənam” surəsinin 54-55-ci ayələrində buyurur:

وَإِذَا جَاءكَ الَّذِينَ يُؤْمِنُونَ بِآيَاتِنَا فَقُلْ سَلاَمٌ عَلَيْكُمْ كَتَبَ رَبُّكُمْ عَلَى نَفْسِهِ الرَّحْمَةَ أَنَّهُ مَن عَمِلَ مِنكُمْ سُوءًا بِجَهَالَةٍ ثُمَّ تَابَ مِن بَعْدِهِ وَأَصْلَحَ فَأَنَّهُ غَفُورٌ رَّحِيمٌ. وَكَذَلِكَ نفَصِّلُ الآيَاتِ وَلِتَسْتَبِينَ سَبِيلُ الْمُجْرِمِينَ

“Nə vaxt ayələrimizə iman gətirənlər yanına gəlsələr, de ki, salam olsun sizə! Rəbbiniz Özü üçün rəhməti müəyyənləşdirmişdir ki, sizlərdən hər hansınız nadanlıq üzündən pis iş gördükdə, tövbə qılıb özünü islah etsin. Şəksiz, Allah bağışlayan və mehribandır. Biz beləcə ayələri (xalq üçün) açıq-aydın bəyan edirik (ki, haqq aşkar,) günahkarların yolu və qaydası aydın olsun.”

Ayənin nazilolma səbəbi haqqında deyilir ki, bir dəstə günahkar şəxs Peyğəmbərin xidmətinə gəlib dedilər: “Biz xeyli günaha yol vermişik.” Həzrət susdu və bu ayə nazil oldu.

“Ənam” surəsindədə iki dəfə “Özü üçün rəhməti yazdı, müəyyənləşdirdi” cümləsi işlədilmişdir. Cümlələrdən biri möminlərin qəlbini isitmək üçün dünya ilə bağlı bəyan olunur, digəri məada aiddir. (ayə 12)

Cəhalət bəzən elm, bəzən ağılla bağlı olur. “Ənam” surəsinin 54-cü ayəsində ağılla bağlı cəhalətdən danışılır. Yəni insanlar bildikləri halda, düşüncəsizlik cəhaləti səbəbindən günaha uğrayırlar.

Bildirişlər

1. Peyğəmbər ziyarətçisinin imanı ilahi lütfə çatma şərtlərindəndir.

2. Peyğəmbərin ziyarəti Allahın lütfünün əldə olunması yoludur.

3. Rəhbərlə xalq arasındakı rabitə məhəbbət üzərində qurulmalıdır.

4. Ən yaxşı salam “səlamun ələykum” deməkdir.

5. Möminlərin alçaldılmasına qarşı çıxın. “Ənam” surəsinin 53-cü ayəsində bildirildiyi kimi, möminlərə təhqiramiz şəkildə müraciət edirdilər.

54-cü ayəsində isə Allah bu təhqirə cavab verir və Peyğəmbərə göstəriş verir ki, möminlərə salam versin.

6. Salam İslamın şüarıdır. Böyük də kiçiyə salam verir.

7. Tərbiyəçi və təbliğatçı xalqa hörmətlə yanaşmalı və onlarla xoş rəftar etməlidir.

8. İnadkarlıq və təkəbbür üzündən olmayan günah bağışlana bilər. (Günahkarların bağışlanması üçün onların cəhaləti bir üzrdür.)

9. Allah rəhməti Özünə vacib etmişdir. Amma bu rəhmətə çatmaq üçün üzrxahlıq və tövbə lazımdır.

10. Tövbə təkcə dildə tövbə demək deyil. Qərara gəlib islah olmaq lazımdır.

11. Möminin tövbəsi hökmən qəbul olunur. Tövbə günahdan sonra gerçəkləşir.

12. İlahi əfv rəhmətlə müşayiət olunur. (Günahkar ümidini üzməməlidir.)

13. Günahkarların simasını, yolunu aydınlaşdırmaq məktəbin məqsədlərindəndir. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, c.3, “Ənam” surəsi, 54-55-ci ayələrin təfsiri.)


Maide.az
Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031