İnsan öz ziyanına dua edə bilirmi?
Mьəllif: Admin
Tarix: 9-07-2021, 23:36
İnsan öz ziyanına dua edə bilirmi?
“İnsan (həqiqəti bilmədiyi üçün, yaxud qəzəb halında Allahdan) xeyir istədiyi kimi, şər və zərər (də) istəyir. İnsan (təbiətcə) tələsəndir (nəfsi istəklərinin tələb etdiyi şeyi, onun aqibətini düşünmədən istəyir)”. (“İsra” 11).

Bu mübarək ayə insanın mənfəət və ziyana qarşı nadanlığından bəhs edir. O bəşər ki, gələcəyindən xəbərsizdir – gərək möhkəm kəndirdən yapışsın ki, ayaqda qala bilsin. Bu möhkəm kəndir isə tək olan Allahdır. Çünki hər şey Ondandır və elmi hər şeyi əhatə etmişdir.

İnsan dua edən zaman bəzən elə mövzulara görə dua edir ki, onun ziyanınadır və o, bunu dərk etmir. Lakin Allah Rəhim olduğu üçün, insanın bu duasını yerinə yetirmir. Çünki bilir ki, belə bir duanın həyata keçməsi həmin insana ziyan vuracaqdır.

Allah o qədər mehriban və o qədər şəfqətlidir ki, insanı hətta etdiyi ziyanlı dualardan belə qoruyur və istəmir ki, bəndəsi ziyana düşsün. Halbuki, insan bütün bunlardan qafil və nadandır. Nəyin onun ziyanına olduğunu bilmir və cahildir. Bu səbəbdən dualarında xeyir istədiyi kimi, ziyan da istəyə bilir.

İnsan dua edən zaman Allahdan elə şey istəməlidir ki, həyata keçən olsun və onun ziyanına olmasın. Ona görə də duanı necə edəcəyimiziMəsumlardan (ə) öyrənməli və onlar kimi dua etməliyik.

İmam Səccad (ə) buyurur: “Pərvərdigara! Məni o zamana qədər sağ saxla ki, sağ olmağım mənim xeyirimədir.

Məni o zaman öldür ki, ölməyim mənim üçün daha üstündür”.

Əziz İmam (ə) buyurur ki, məni o zamana qədər sağ saxla ki, həyat mənim üçün xeyirli olsun və həyatdan mənfəət götürə bilim. Məni o zaman öldür ki, həyatdan mənfəət götürməyə qadir olmayım.

Yəni, Allah istəyən kimi yaşayana qədər məni sağ saxla, əgər sənə qarşı çıxa bilərəmsə, ondan əvvəl məni öldür. Ölümüm, belə bir şəraitdə sağ qalmağımdan daha üstündür.

Hədislərimiz buyurur ki, insan bəzən elə dualar edir ki, Allah dərgahında dəyərsizdir. Ancaq o batil xəyalları və özündən xəbərsiz halda iki rükət namaz qılmaqla bütün həqiqətləri dərk etmək istəyir. Halbuki Allah onun bu cüzi əməli qarşısında ona nə qədər nemət əta etmişdir.

Hər bir halda deyə bilərik ki, dua – insanı Allaha yaxınlaşdıran əməllərdəndir. Ancaq insan dua edən zaman nə istədiyini bilməli və nadan və yersiz dualar etməməlidir. Əgər duası təxirə düşərsə, qəmgin və ümidsiz olmamalıdır. Allaha təvəkkül edib, xeyirini gözləməlidir.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930