“Həmd” surəsində gizlənən sirləri İmam Hadi (ə) belə açdı
Mьəllif: Admin
Tarix: 22-05-2021, 23:33
“Həmd” surəsində gizlənən sirləri İmam Hadi (ə) belə açdı
Roma Papası Bəni-Abbas xəlifələrindən birinə məktub yazır.

Orada deyir: “Biz İncil kitabında görmüşük ki, hər kim həqiqət üzündən elə surə oxusa ki, orada bu yeddi hərf olmasın, Allah cəsədini cəhənnəm atəşinə haram edər.

O yeddi hərf ibarətdir: s, c, x, z, ş, za, f. Biz nə qədər tədqiq etdiksə, bu cür surəni nə Tövratda, nə İncildə və nə də Zəburda tapa bildik. Siz öz səma Kitabınızda belə bir surəyə rast gəlmisinizmi?”.

Abbasi xəlifəsi alimləri topladı və bu məsələni onlara söylədi. Onlar bu suala cavab verməkdə acizlik çəkdilər.

Nəhayət bu sualın cavabını İmam Hadidən (ə) soruşdular. İmam (ə) cavabında buyurdu: “Bu surə – “Həmd” surəsidir. Bu yeddi hərf onda yoxdur”.

Soruşdular ki, bəs bu hərflərin onda olmamasının fəlsəfəsi nədir?

Həzrət Hadi (ə) buyurdu:

“1. S hərfi – səbura, yəni həlakətə işarə edir.

2. C hərfi cəhimə – yəni cəhənnəmə işarə edir.

3. X hərfi xəbisə – yəni napaka işarə edir.

4. Z hərfi – zəqquma işarə edir.

5. Ş hərfi şəqavətə – yəni bədbəxtliyə işarə edir.

6. Za hərfi – zülmətə işarə edir.

7. F hərfi afətə – yəni bəlaya işarə edir”.

Xəlifə bu cavabı Roma Papası üçün yazır. Papa bu məktubu alan zaman çox sevinir. İslam dinini qəbul edir və müsəlman halda dünyadan gedir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031