Biz Əhli-beytə (ə) məhəbbəti olub-olmadığını bilmək istəyən qəlbini yoxlasın...
Müəllif: Admin
Tarix: 21-11-2020, 14:02
Biz Əhli-beytə (ə) məhəbbəti olub-olmadığını bilmək istəyən qəlbini yoxlasın...
Saleh ibn Meysəm Təmmardan belə nəql olunur:

وَجَدتُ في كِتابِ مَيثَمٍ رضى‏الله‏عنه يَقولُ: تَمَسَّينا لَيلَةً عِندَ أميرِ المُؤمِنينَ عَلِيِّ بن أبي طالِبٍ (ع)، فَقالَ لَنا: لَيسَ مِن عَبدٍ اِمتَحَنَ اللّهُ قَلبَهُ بِالإِيمانِ إلاّ أصبَحَ يَجِدُ مَوَدَّتَنا عَلى قَلبِهِ، ولا أصبَحَ عَبدٌ مِمَّن سَخَطَ اللّهُ عَلَيهِ إلاّ يَجِدُ بُغضَنا عَلى قَلبِهِ، فَأَصبَحنا نَفرَحُ بِحُبِّ المُؤمِنِ لَنا، ونَعرِفُ بُغضَ المُبغِضِ لَنا، وأصبَحَ مُحِبُّنا مُغتَبِطًا بِحُبِّنا بِرَحمَةٍ مِنَ اللّهِ يَنتَظِرُها كُلَّ يَومٍ، وأصبَحَ مُبغِضُنا يُؤَسِّسُ بُنيانَهُ عَلى شَفا جُرُفٍ هارٍ، فَكَأَنَّ ذلِكَ الشَّفا قَدِ انهارَ بِهِ في نارِ جَهَنَّمَ، وكَأَنَّ أبوابَ الرَّحمَةِ قَد فُتِحَت لِأَصحابِ الرَّحمَةِ، فَهَنيئًا لِأَصحابِ الرَّحمَةِ رَحمَتُهُم، وتَعسًا لِأَهلِ النّارِ مَثواهُم. إنَّ عَبدًا لَن يُقَصِّرَ في حُبِّنا لِخَيرٍ جَعَلَهُ اللّهُ في قَلبِهِ، ولَن يُحِبَّنا مَن يُحِبُّ مُبغِضَنا، إنَّ ذلِكَ لا يَجتَمِعُ في قَلبٍ واحِدٍ و «ما جَعَلَ اللّهُ لِرَجُلٍ مِن قَلبَينِ في جَوفِهِ» يُحِبُّ بِهذا قَومًا ويُحِبُّ بالآخَرِ عَدُوَّهُم، وَالَّذي يُحِبُّنا فَهُوَ يُخلِصُ حُبَّنا كَما يَخلُصُ الذَّهَبُ لا غِشَّ فيهِ.

نَحنُ النُّجَباءُ وأفراطُنا أفراطُ الأَنبِياءِ، وأنَا وَصِيُّ الأَوصِياءِ، وأنَا حِزبُ اللّهِ ورَسولِهِ، وَالفِئَةُ الباغِيَةُ حِزبُ الشَّيطانِ، فَمَن أحَبَّ أن يَعلَمَ حالَهُ في حُبِّنا فَليَمتَحِن قَلبَهُ، فَإِن وَجَد فيهِ حُبَّ مَن ألَّبَ عَلَينا فَليَعلَم أنَّ اللّهَ عَدُوُّهُ وجَبرَئيلُ وميكائيلُ، واللّهُ عَدُوٌّ لِلكافِرينَ.

“Atam Meysəmin hədis kitabında bir yerdə belə qeyd olunduğunu gördüm: “Bir gecə Əmirəlmöminin Əli ibn Əbu Talibin (ə) hüzurunda idik.

Həzrət bizə buyurdu: “Allah imanla sınayıb xalis və saf edən bəndənin qəlbində hökmən bizim məhəbbətimizi cücərdər və Onun qəzəbi tutduğu bəndənin də qəlbində hökmən bizə qarşı kin-küdurət görünər.

Beləliklə, möminlərin bizə sevgilərini duyub sevinir və bizə kin-küdurət bəsləyənlərin də düşmənçiliklərini bilirik. Dostlarımız bizə məhəbbət bəslədikləri üçün, daim Allahın rəhmətinə ümidvardır, düşmənlərimiz isə dağılmaq üzrə olan uçurumun kənarında yerləşdikləri üçün Cəhənnəm oduna yuvarlanmaqdadırlar.

Sanki rəhmət qapıları rəhmət əhlinin üzünə açılmış, bu onlara müjdə olsun və Cəhənnəm əhlinin də yeri məhv olsun! Allah qəlbinə xeyir qoyduğu bəndə bizə sevgisində səhlənkarlıq etməz və düşmənimizi sevən kəs də bizi sevməz.

Bu iki şey (məhəbbət və kin-küdurət) əsla bir qəlbə sığışmır və “Allah bir adamın daxilində iki ürək qoymamışdır”[1] ki, biri ilə dostunu, digəri ilə düşmənini sevsin.

Həqiqi dostlarımız bizə xalis qızıl kimi məhəbbət bəsləməyə çalışarlar.

Biz Allahın seçilmiş bəndələriyik və bizim öndə gedənlərimiz peyğəmbərlərin önündə gedənlərdir. Mən vəsilərin vəsisi, Allah və Peyğəmbərin ordusuyam.

Yağı və zülmkarlar da şeytan ordusudur. Bəs, bizə məhəbbəti olub-olmadığını bilmək istəyən kəs qəlbini yoxlasın və özündə camaatı bizə qarşı qaldıran kəsə məhəbbət hiss edən bilsin ki, Allah, Cəbrail və Mikail onun düşməni və Allah da kafirlərin düşmənidir.” (“Əmali”, Şeyx Tusi, səh.148, hədis 243.)

[1]. “Əhzab” surəsi, ayə: 4.


Maide.az
Oxşar xəbərlər
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30