Haram yeyənin heç bir əməlini Allah qəbul etməz – nə vacib, nə də müstəhəb
Mьəllif: admin1
Tarix: 12-09-2020, 20:43
Haram yeyənin heç bir əməlini Allah qəbul etməz – nə vacib, nə də müstəhəb
Hər kim haram yeyərsə, Allah onun heç bir əməlini qəbul etməz – nə vacib və nə də müstəhəb.

Bəli, insanın yediyi hər bir tikə onun dünya və axirət saədət və bədbəxtliyini təyin edə bilir. Haram tikə hər bir pisliklərin açarıdır, halbuki halal ruzi qazanmaq – ən böyük ibadətdir və axirət səadətinin yoludur.

Haram tikə insanın başqa xeyir əməllərini və ibadətlərini də məhv edər. Qiyamət günü insanlar olacaqdır ki, dağ boyda saleh əmələ baxmayaraq, atəş əhli olacaqlar, çünki yedikləri haram olmuşdur.

Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü bir dəstə gətiriləcəkdir ki, gözəl əməlləri dağ kimidir. Allah o əməlləri havada dağılan toz-torpağa çevirəcəkdir.

Əmr edəcəkdir ki, onları atəşə tərəf aparsınlar. Salman deyir: “Ya Rəsulallah! Bu insanları bizim üçün təsvir edin”.

Peyğəmbər (s) buyurur: “Bil ki, onlar oruc tuturlar, namaz qılırlar və gecədən azuqə toplayırlar, ancaq o zaman ki, onlara haram tikə təqdim olunar, ona tərəf tələsərlər””.

Azmış şeytandan Allaha pənah aparmaq lazımdır. Bu haram tikədən Allaha pənah aparmaq lazımdır. Çünki onu yeyənin nə Allah yanında abırı qalar, nə də məxluqun. Haram tikə insanda rəzil sifətlərin meydana gəlməsinə səbəb olar.

Əmirəl-möminin (ə) Kumeylə söylədiklərində buyurur: “Ey Kumeyl! Həqiqətən, dil qəlbdən sızılar, qəlb yeməkdən qüvvət alar. Ona görə də qəlb və gözünün qidalanmasında bir düşünün. Əgər halal olmazsa, Allah təsbih və şükrünü qəbul etməz”.

Qüdsi hədisdə oxuyuruq: “Məndən heç bir dua gizlənməz, məgər o kəsin duası ki, haram yeyər”.

Həzrət Rəsuli-Əkrəm (s) buyurub: “Yeməyini pak et və haram yeməkdən çəkin”.

İmam Sadiq (ə) buyurur: “Hər kim zülm üzündən qardaşının malını yeyər və ona qaytarmazsa, (həqiqətdə) Qiyamət günü şölələnmiş atəşin bir parçasını yemiş olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allahın bir mələyi vardır ki, hər gecə Beytul-müqəddəsdə nida verər: “Hər kim haram yeyərsə, Allah onun heç bir əməlini qəbul etməz – nə vacib və nə də müstəhəb””.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930