Tovuz quşu misalında yaradılışın hikməti
Mьəllif: admin1
Tarix: 15-08-2020, 16:38
Tovuz quşu misalında yaradılışın hikməti
“Göylərin və yerin yaradılışı, sizin dillərinizin (kəlmələrinizin, danışıq tərzinizin, səsinizin) və rənglərinizin (irqlərinizin və hər birinizin) müxtəlifliyi də onun nişanələrindəndir.

Şübhəsiz, bunda (zatın xilqətində və sifətlərin müxtəlifliyində) alimlər üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır”. (“Rum” 22).

Quşların xilqəti, xüsusilə də tovuz quşları Allahın şah əsəri kimi tanınır. Bu quşu görən hər bir insan Allahın qüdrət və elmi haqqında fikirləşməyə bilmir.

«Sizə nə olub ki, Allahın əzəmətini etiraf etmirsiniz?!» (“Nuh” 13).

Allahın yaratdığı quşlar içərisində tovuz quşu ən gözəli və ən qəribəsidir. Həyatı, Allahı tanıtmaq üçün bir dərsdir. İnsanların arasında gözəl simalı qadınlar çoxdur.

Ancaq tovuz quşları arasında bunun əksidir. Yəni erkək tovuz quşu daha gözəldir. Ona görə də tovuz quşları içərisində dişi deyil, erkək naz edər. Onlar öz qanadlarını açaraq, gözəllikləri ilə başqa tovuz quşları ilə rəqabət edərlər.

Tovuz quşları çox zaman cəm halda yaşayırlar. 20-30 tovuz quşu bir qrup təşkil edir. Bir erkək tovuz quşu onlara rəhbərlik edir. Erkək tovuz quşunun baharda, yay və payızda gözəl lələkləri olur.

Ancaq qış fəslində onun bu gözəl lələkləri tökülməyə başlayır. Bu fəslin sonunda yeni və daha gözəl lələkləri çıxmağa başlayır. Hər bir dişi tovuz quşu dörd yumurta qoyur. Bir ay onların üzərində yatır.

Sonra kiçik tovuz quşları çıxmağa başlayır. Erkək tovuz quşları çox təkəbbürlü və paxıl olurlar. Hətta dişinin onun övladına məhəbbət göstərməsini belə istəmir.

İstədiyi tək şey - hamının ancaq ona əlaqə göstərib, onu sevməsidir. Ona görə də bəzən dişinin yumurtalarını özü sındırıb, onları məhv edər. Çünki kiçik tovuz quşları anasının məhəbbətini daha çox qazana bilərlər.

Tovuz quşları 30 ilə qədər ömür sürürlər.

Tovuz quşu, quşlar içərisində gözəl sayılır. Ona baxan hər bir kəsi ilk baxışdan heyran qoyur. İmam Əli (ə) tovuz quşu haqqında belə buyurur:

“Xəlq olmuş quşlar içərisində ən qəribəsi tovuz quşudur. Allah onu ən çətin ahəngli formada xəlq etmişdir. Lələklərinin və qanadlarının rəngini gözəl rənglərlə bəzəmişdir. Qanadlarının üzərindəki lələkləri bir-birinin üzərində yığılmışdır. Onu açar və başına kölgə salar. Sanki gəminin yelkənini kapitan açmışdır.

Əgər tovuz quşunun qanadlarının rəngini torpaqda bitənlərə bənzətsələr, demək olar ki, bir dəstə güldür ki, bahar güllərinin qönçələrindən hazırlanmışdır.

Əgər onu geyinmək üçün olan parçaya bənzətsək, bol naxışlı gözəl parçaya və ya yəmən pərdəsinə bənzəyər. Əgər onu bəzək aləti ilə müqayisə etsən, gümüş və ya başqa cəvahirat əşyalarının üzərindəki rəngli zinətə bənzəyər”.

Tovuz quşunun qəribəliklərindən biri də lələklərinin tökülüb və çıxmasıdır. Ağaclar kimi payiz fəslində tökülər və bahar fəslində çıxarlar. Bahar fəsli gələndə yenidən qönçələri açar və gözəl yarpaqları ağacı bəzəyər.

İmam Əli (ə) bu haqda buyurur: “Tovuz quşu sanki dağılmış qönçədir ki, bahar yağışı və günəşin istisi onun böyüməsində heç də mühüm rol oynamır. Qəribə burasıdır ki, gözəl lələkləri tökülür və bədəni çılpaq qalır. Lələkləri davamlı olaraq, tökülür.

Tovuzun lələkləri xəzan yarpaqları kimi tökülər və yenidən çıxar, bir-birinə birləşər. Bir daha əvvəlki rəngini və formasını alar. Yeni və tökülmüş lələkləri arasında heç bir fərq olmaz, ya da rəngləri arasında heç bir fərq olmaz.

Əgər tovuz quşunun ləkələrinin birinə tamaşa etsəniz, bir an qırmızı gülə, bəzən yaşıl rəngli qiymətli daşa bənzəyər. Həqiqətən! Dərin düşüncəli və təlatümlü ağıllar bütün bu həqiqətləri necə dərk edə bilmirlər?”.

Həqiqətən, Böyük və qüdrətli Allahdan başqa heç kim bu qədər gözəl məxluq yarada bilməzdi. Bu zaman dillər həmd və sitayişə açılaraq, “Fətəbərəkəllahu Əhsənul-Xaliqin!” deməlidir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930