İmam Rzanın (ə) kəlamında qohumluq əlaqələri
Müəllif: Admin
Tarix: 1-07-2020, 15:11
İmam Rzanın (ə) kəlamında qohumluq əlaqələri
İmam Rzanın (ə) kəlamında diqqəti çəkən və təkidlə vurğulanan əsas məsələlərdən biri də qohumluq əlaqələrini möhkəmlətmək, qohumlara yaxşılıq etmək, onlara baş çəkməkdir.

Bu barədə o həzrətdən (ə) bir çox hədislər nəql olunmuşdur ki, biz burada onlardan üçünü qeyd etməklə kifayətlənirik:

يـَكُونُ الرَّجـُلُ يَصِلُ رَحِمَهُ فَيَكُونُ قَدْ بَقِىَ مِنْ عُمْرِهِ ثَلاثُ سِنينَ، فَيُصَيِّرُهَا اللّه ُثَلاثينَ سَنـَةً وَ يَفْعـَلُ اللّه ُما يَشـاءُ؛

1. “Ömrünün qurtarmasına üç il qalan bir şəxs qohumlarına yaxşılıq edərsə, Allah onun ömrünü otuz il uzadar və Allah istədiyini edər.” (“Vəsailuş-şiə”, 15-ci cild, səh.243.)

صِلْ رَحِمَكَ وَ لَوْ بِشَرْبَةٍ مِنْ مَاءٍ وَ أَفْضَلُ مَا تُوصَلُ بِهِ الرَّحِمُ كَفُّ الْأَذَى عَنْهَا وَ صِلَةُ الرَّحِمِ مَنْسَأَةٌ فِي الْأَجَلِ مَحْبَبَةٌ فِي الْأَهْلِ؛

2. “Bir içim su qədər də olsa, qohumlarına yaxşılıq et. Sənin qohumlarına etdiyin ən böyük yaxşılıq onlara əziyyət verməməyindir. Qohumlara yaxşılıq ölmümü təxirə salır və ailədə məhəbbət yaradır.” (“Üsuli-kafi”, 2-ci cild, səh.151.)

مَا نَعْلَمُ شَيْئاً يَزِیدُ فِى‌الْعُمُرِ إِلَّا صِلَةَ‌الرَّحِمِ حَتَّى إِنَّ الرَّجُلَ يَكُونُ أَجَلُهُ ثـَلَاثَ سـِنـِیـنَ فَيَكُونُ وَصُولًا لِلرَّحِمِ فَيَزِیدُ اللَّهُ فِى عُمُرِهِ ثَلَاثِینَ سَنَةً فَيَجْعَلُهَا ثـَلَاثـاً وَ ثـَلَاثینَ‌ سَنَةً وَ یـَكُونُ أَجَلُهُ ثَلَاثاً وَ ثَلَاثِینَ‌ سَنَةً فَيَكُونُ قَاطِعاً لِلرَّحِمِ فَيَنْقُصُهُ ‌اللَّهُ ثَلَاثِینَ‌سَنَةً وَ يَجْعَلُ أَجَلَهُ إِلَى ثَلَاثِ سِنِینَ؛

3. “Biz qohumlara yaxşılıqdan başqa ömrü uzadan bir vasitə tanımırıq. Əgər bir şəxsin əcəlinə üç il qalmış yaxınlarına yaxşılıq edərsə, Allah onun ömrünü otuz il artırıb otuz üç il edər və əgər birinin əcəlinə otuz üç il qalmış qohumluq əlaqəsini kəsərsə, Allah onun ömründən otuz il azaldıb üç il edər.” (“Üsuli-kafi”, 2-ci cild, səh.157.)

(Maide.Az)
Oxşar xəbərlər
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031