Sən necə orucsan ki, qeybət də edirsən?!
Müəllif: Admin
Tarix: 21-05-2020, 17:39
Sən necə orucsan ki, qeybət də edirsən?!
Peyğəmbəri-Əkrəm (s) buyurur:

الصّائِمُ فی عِبادَةٍ و اِن كانَ علی فِراشِهِ ما لَم یَغتَبْ مُسلماً

«Oruc tutan şəxs bir müsəlmanın qeybətini etmədiyi vaxta qədər yataqda yatmış olsa da, ibadətdədir!» («Kafi», c.4, dəh.64.)

Bir gün oruc tutmuş bir qadın Peyğəmbəri-Əkrəmin (s) yanına gəlmişdi. Peyğəmbəri-Əkrəm (s) ona süd içməyi (və ya nə isə digər bir yeməli şey) təklif etdi.

Qadın dedi: «Ey Allahın Peyğəmbəri, orucam!» Peyğəmbər (s) buyurdu ki, yox, sən oruc deyilsən, götür iç.

Qadın yenə də oruc olduğunu bildirdi. Amma Peyğəmbər (s) yenə də onun südü içməsini israr etdi. Qadın bir daha oruc olduğunu dedi.

Əlbəttə, o, doğrudan da, öz fikrində oruc idi, amma bəzilərinin orucları kimi zahiri oruc! Peyğəmbər (s) həmin qadına belə buyurdu:

«Sən necə orucsan ki, bir saat bundan əvvəl mömin qardaş və ya bacının ətini yeyirdin? (Yəni onun qeybətini edirdin.) Ət yediyini sənə göstərimmi? Qus!»

Qadın birdən qusdu və ağzından bir tikə ət düşdü.

İnsanın oruc tutaraq qeybət etməsinin mənası budur ki, o, cismində olan ağzını halal yeməkdən uzaqlaşdırdığı halda, ruhunun ağzını haram yeməyə açır.

Qeyd etməliyik ki, mübarək Ramazan ayının fəlsəfəsi nəfsin təmizlənməsi, eyib və nöqsanların aradan qaldırılaraq islah edilməsi, əql, iman və iradənin nəfsi istək və şəhvətlərə qələbəsi, dua, Haqqın pərəstişi, Ona doğru yüksəliş, ruhun təkamülə doğru aparılması və zərifləşdirilməsidir.

İslam insanların quruca ağızlarını bağlamalarını istəmir. Çünki onların ağızlarını bağlamaları ilə bağlamamaları islam üçün fərq etmir.

Məqsəd, insanların oruc tutaraq islah edilmələridir. Nə üçün hədislərdə deyilir ki, oruc tutanların çoxlarının orucdan olan bəhrə və nəsibləri aclıqdan başqa bir şey deyil?!

Ağız halal yeməkdən ona görə çəkinir ki, insan həmin otuz gün ərzində dilini haram söhbət, qeybət, yalan, söyüş və digər işlərdən qorumağı məşq etsin. («Kamil insan», Ayətullah Şəhid Mürtəza Mütəhhəri, səh.20-21.)

Maide.Az
Oxşar xəbərlər
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930