Suriya ordusu İdlib və Hələb ətrafnda 600 kv. km. ərazini işğaldan azad etdi
Mьəllif: admin1
Tarix: 10-02-2020, 22:07
Suriya ordusu İdlib və Hələb ətrafnda 600 kv. km. ərazini işğaldan azad etdi
Suriya Silahlı Qüvvələri ölkədə terrorçu qrupların nəzarətindəki sonuncu bölgə olan İdlib ilə Hələb ətrafında 600 kvadrat kilometrlik geniş bir ərazidə nəzarət təmin etdiyini açıqlayıb.

Deyerler.org SANA-ya istinadən xəbər verir ki, Suriya Silahlı Qüvvələrinin bəyanarına əsasən, İdlibin şərqindəki kənd yerləri istiqamətində irəliləyən Suriya qüvvələri bir anda Hələbin cənubundan irəliləyən ordu qüvvələri ilə birləşdilər. Beləliklə İdlibin 600 kvadrat kilometr genişliyindəki bir ərazisinin nəzarəti Suriya ordusunun əlinə keçib.

Suriya ordusunun İdlibdə nəzarətini təmin etdiyi onlarla yaşayış yerindən biri də Sərakib şəhəri oldu. Sərakib strateji M4 və M5 avtomagistrallarının kəsişdiyi nöqtədə yerləşən bir şəhərdir. Sərakibdə Türkiyənin də bir müşahidə nöqtəsi var.

Bəyanatda azad edilən kənd, qəsəbə və təpələr bunlardır: Xan Əl-Subul, Kfar Battih, Cobas, Əl-Nəyrab, Tel Mardih, Kfar amimiz, Afəs, Sərakib, Tel Əl-Təbariz, Məharim, Əbla Universiteti, Rəsm Əl-İis, Şeyx Əhməd, Zəmar, Huvər Əl-İis, Təl Bacər, Rəsm Əl-Sahric, Təl-Tukan, Cəzraya, Xan Tuman, Halsa, Əl-Qarasi, Zeytan, Şeyx İdris, Rəyyan, Lov və Əl-İis.

Sərakibdə Türkiyənin də bir müşahidə nöqtəsi var.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031