Sad surəsini oxuyanı Allah ‘kiçik’ və ‘böyük’ günahlara qurşanmaqdan qoruyub-saxlayar
Müəllif: Admin
Tarix: 7-02-2020, 16:55
Sad surəsini oxuyanı Allah ‘kiçik’ və ‘böyük’ günahlara qurşanmaqdan qoruyub-saxlayar
Məkkə şəhərində nazil olmuş “Sad” surəsi 88 ayədən ibarətdir. Qurаni-Kərimin 29-cu surәsi “müqәttәә” hәrflәri ilə başlayır. Həmin surələrdən biri də “Sad” surəsidir və bu surə “sad” hərfi ilə başladığından bu adla adlandırılmışdır.

“Sad” surəsi, həqiqətdə, “Saffat” suəsinin təkmilidir və bu, hər iki surədəki mətləblərin oxşarlığından aydın olur. Bu surə Məkkədə nazil olduğundan, Məkkədə nazil olmuş surələrin xüsusiyyətinə sahibdir; tövhid, məad, İslam Peyğəmbərinin (s) risalət və peyğəmbərliyindən söz çılır və ümumilkdə, haqq yolunun yolçuları üçün şəfabəxş məcundur.


1. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

مَنْ قَرَاَ سُورَهَ «ص» اُعْطِىَ مِنَ الاَجْرِ بِوَزْنِ کُلِّ جَبَل سَخَّرَهُ اللّهُ لِداوُدَ حَسَناتٌ وَ عَصَمَهُ اللّهُ اَنْ یُصِرَّ عَلى ذَنْب صَغِیْراً اَوْ کَبِیْراً

“Sad surəsini oxuyana Allahın Davud peyğəmbərə ram etdiyi hər bir dağ qədər savab əta edər, onu “kiçik” və “böyük” günahlara qurşanmaqdan qoruyub-saxlayar.”

2. İmam Baqir (ə) buyurmuşdur:

مَنْ قَرَاَ سُورَهَ «ص» فِی لَیْلَهِ الْجُمُعَهِ اُعْطِیَ مِنْ خَیْرِ الدُّنْیَا وَ الآخِرَهِ مَا لَمْ یُعْطَ اَحَدٌ مِنَ النَّاسِ اِلاّ نَبِیٌّ مُرْسَلٌ اَوْ مَلَکٌ مُقَرَّبٌ وَ اَدْخَلَهُ اللَّهُ الْجَنَّهَ وَ کُلَّ مَنْ اَحَبَّ مِنْ اَهْلِ بَیْتِهِ حَتَّى خَادِمَهُ الَّذِی یَخْدُمُه

“Sad surəsini cümə axşamı oxuyana o qədər dünya və axirət xeyri verilər ki, mürsəl peyğəmbərlər və Allahın yaxın mələklərindən başqa heç kimə verilməz. Allah-Taala onu, onun öz əhli-əyalından sevdiklərini, hətta ona xidmət edənləri belə behiştə aparar.”

(“Məcməul-bəyan”, “Sad” surəsinin başlanğıcı, 8-ci cild, səh.463; “Təfsiri-nümunə”, 19-cu cild, səh.205-206.)

Maide.Az
Oxşar xəbərlər
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829