Məsumların (ə) Həzrət İsa (ə) barədə buyuruşları
Müəllif: admin1
Tarix: 26-12-2019, 19:39
Məsumların (ə) Həzrət İsa (ə) barədə buyuruşları
İmam Sadiq (ə) buyurur: “Bilin ki, hər kim İsa ibni Məryəmi (ə) inkar edər, başqa peyğəmbərlərin (ə) nübuvvətini etiraf edər – o, iman gətirməmişdir”.

Əmirəl-möminin (ə) buyurur: “Əgər İsa (ə) haqqında danışmağımı istəyirsinizsə, o, başının altına daş qoyardı və kobud paltar geyinərdi. Quru çörək yeyərdi.

Onun nə həyat yoldaşı olmuşdur ki, onun üçün giriftarlıq mənbəyi olsun, nə də övladı olmuşdur ki, onu qəmgin etsin.

Nə malı və sərvəti vardı ki, qəlbini onunla məşğul etsin. Miniyi iki ayaqları idi, xidmətçiləri isə iki əlləri”.

Həzrət Peyğəmbər (s) buyurur: “Ey Ümmi Əymən! Məgər bilmirsən ki, qardaşım İsa (ə) şam yeməyini səhərə saxlamazdı və səhər yeməyini də axşama.

Ağacların yarpaqlarını yeyərdi, yağış suyundan içərdi. Hansı yerə gecə çatsaydı, elə həmin yerdə qalar və deyərdi: “Hər gün öz ruzisini gətirər””.

Allah Təala Həzrət İsaya (ə) buyurur: “Ey İsa! Sənə mehribanlığı tövsiyə edirəm ki, Mənim razılığımı istəyərək, Mənim dostum olmağa layiq olasan.

Sənə böyüklükdə və kiçiklikdə bərəkət verilmişdir. Harada olsan, bərəkətli olarsan. Şəhadət verirəm ki, sən – Mənim bəndəm və Mənim kənizimdən dünyaya gələnsən.

Nafilələr ilə Mənə yaxınlaş və Mənə təvəkkül et ki, sənə kifayət edəm.

Məndən qeyrisini dost seçmə ki, səni tək qoyaram”.

İmam Sadiq (ə) buyurur: “İsa ibn Məryəmin (ə) adətlərindən biri – şəhərləri gəzmək olmuşdur. Bir gün dostlarından biri ilə səyahətə çıxır və İsa (ə) dənizə çatan zaman yəqinliklə deyir: Allahın adı ilə.

Suyun üstündə hərəkət etməyə başlayır. Qısa boyu olan dostu görür ki, İsa suyun üstündən keçir, o da yəqinliklə deyir: Allahın adı ilə.

Suyun üstündə hərəkət edir və İsaya çatır. Bu zaman təkəbbürlənir və suya düşür.

İsadan yardım istəyir və Həzrət əlini uzadır və onu sudan çıxardır”.

İsadan (ə) soruşurlar ki, ədəbi sənə kim öyrətmişdir? O, buyurur: “Heç kəs mənə ədəb öyrətməmişdir, bəlkə nadanlığın çirkinliyini görmüşəm və ondan uzaq olmuşam”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930