Bir saat ədalət 70 il ibadətdən daha yaxşıdır
Mьəllif: admin1
Tarix: 16-11-2019, 11:07
Bir saat ədalət 70 il ibadətdən daha yaxşıdır
İslam dinində etiqadi mövzular elmi mövzulardan ayrı deyildir. Allahın müqəddəs sifətlərinə diqqət etmək səbəb olar ki, insan daxili gözü ilə Ona diqqət etsin və səy göstərsin ki, daxili və xarici səyləri ilə Allaha yaxın olsun.

Bu yaxınlıq sayəsində onda İlahi əxlaqlar meydana gələr və əmələ çevrilər. Ona görə də bəndə Allaha hər nə qədər yaxın olarsa, bu əxlaqi sifətlər onda daha çox olar. Xüsusilə də İlahi ədalət mövzusu həm insana və həm də cəmiyyətə öz təsirlərini vurar.

Onlar bütün işlərini İlahi ədalətə riayət edərək yerinə yetirərlər. İslam dinində ədalət mövzusu o qədər əhəmiyyətlidir ki, heç bir şey ona mane ola bilməz. Dostluq, düşmənçilik, qohumluq əlaqələri, uzaq və yaxın olmaq ona təsir vurmaz.

“(Sonra dedik:) «Ey Davud! Biz səni yer üzündə (Öz) xəlifə(miz) etdik. Buna görə də insanların arasında haqq əsasında hökm çıxar və nəfsi istəklərə tabe olma ki, o, səni Allahın yolundan azdırar. Şübhəsiz, Allahın yolundan azanlar üçün hesab gününü unutmalarının müqabilində şiddətli əzab vardır»”. (“Sad” 26).

Bu mövzu o qədər əhəmiyyətlidir ki, əgər ədaləti bərpa etmək sülh yolu ilə mümkün olmazsa, Allah qiyama dəvət edər. Buyurar ki, ədaləti qan tökmək yolu ilə də olsa bərpa etmək lazımdır.

“Sizə nə olub ki, Allah yolunda və (o günlərdə müşriklərin hakimiyyəti altında olan Məkkə müsəlmanlarının, eləcə də bütün əsrlərdə zəmanə imperiyalarının hakimiyyəti altında olan) kişi, qadın və uşaqlardan ibarət müstəzəflərin (zəif hala salınıb həmin halda saxlanılan təbəqənin) - həmişə «ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə Öz tərəfindən bir başçı ver və bizə Öz tərəfindən bir köməkçi təyin et» deyən kəslərin (nicatı) uğrunda vuruşmursunuz?!”. (“Nisa” 75).

Əmirəl-möminin (ə) buyurur: “Ədalət – həyat və yaşamaq mənbəyidir”.

İmam Sadiq (ə) buyurur: “Ədalət, susuz insanın şirin suya çatması kimidir”.

Əmirəl-möminin (ə) buyurur: “Ədalət, iman bədəni üçün baş hökmündədir. Bütün yaxşılıqlar orada cəm olar və imanın ən üstün mərtəbəsi olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Bir saat ədalət 70 il ibadətdən daha yaxşıdır”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031