Axırəz-zamanda ağ və qırmızı ölüm nədir?
Müəllif: Admin
Tarix: 9-10-2019, 19:59
Axırəz-zamanda ağ və qırmızı ölüm nədir?
Əmirəl-möminin (ə) nəql edir: “Qaimin (ə.f) qiyamından əvvəl qırmızı və ağ ölüm meydana gələcəkdir.

Qan rəngində olan çəyirtkələr vaxtlı və vaxtsız hücum edəcəklər.

Ancaq qırmızı ölüm, yəni qılıncdır, ağ ölüm isə taundur”.

İmam Əli (ə) buyurur ki, İmam Zaman ağa (ə.f) qiyam etməzdən əvvəl insanları ağ və qırmızı ölüm əhatə edəcəkdir. Qırmızı ölüm dedikdə müharibələr və döyüşlər nəzərdə tutulur ki, insanlar silahların sayəsində qətl ediləcəklər.

Eyni zamanda həmin dövrdə ağ ölüm hesab olunan taun və onun kimi xəstəliklər yayılacaq və çox sayda insanın canını alacaqdır.

Eyni xəbəri İncilin Yuhna kitabında oxuyuruq ki, axırəz-zamanda dörd atlı peyda olacaqdır ki, hər biri özü ilə bir bəla gətirəcəkdir.

Onlardan biri ağ atlıdır. Əlində kaman və başında tacı olacaqdır. Bəzi mənbələrə görə o, şeytan olacaqdır.

Qırmızı rəngli atlı isə əlində qılıncla gələcək və insanların arasında hərc-mərclik yayacaq, müharibələr törədəcəkdir.

Qara rəngli atlı isə əlində tərəzi ilə gələcəkdir. Bu atlı özü ilə qəhətlik gətirəcəkdir.

Rəngi qaçmış atlı isə ölümdür. O, yer üzü əhlinin dördə birini müharibə, xəstəlik, qəhətlik yolu ilə məhv edəcək və öldürəcəkdir.

Hər bir halda bu mənbələrin verdiyi xəbərə görə axırəz-zamanda insanları çox sayda bəlalar gözləyir ki, onlara müharibələri, qəhətliyi, xəstəlikləri misal göstərmək olar.

İmam Hüseyn (ə) buyurur: “Hər kim Allaha itaətsizlik üzündən bir iş görərsə, arzu etdiyi şeyləri tez bir zamanda əldən verər və o şeydən ki, qorxur – ona düçar olar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031