Kərbəla qəhrəmanları: Namazı İmamın (ə) yadına salan Əbu Səmamə Sayidi
Mьəllif: admin1
Tarix: Dünən, 12:11
Kərbəla qəhrəmanları: Namazı İmamın (ə) yadına salan Əbu Səmamə Sayidi
Əbu Səmamənin əsl adı Ömər ibni Abdullahdır.

O, Kufənin tanınmış qılınc çalanı idi. O zaman ki, Müslim ibni Əqil Kufəyə beyət üçün gəlir, Əbu Səmaməni silah işlərinə baxmaq üçün vəzifələndirir.

O, insanların Müslimə etdikləri vəfasızlıqdan sonra Kərbəlaya gəlir. İmamın (ə) tərəfdaşlarına qoşulur.

Aşura günü özünü İmama (ə) çatdırıb deyir: “Canım sənə fəda olsun. Düşmənlər get-gedə bizə yaxınlaşırlar. İstəyirəm ki, onlara mane olum. Hərçənd ki, bu yolda öldürüləcəyəm. Şəhadətdən əvvəl istəyirəm ki, zöhr namazını sizinlə qılım”.

İmam (ə) səmaya nəzər saldı və buyurdu: “Namazı yadımıza saldın. Allah səni zikr edən, namaz qılanlardan qərar versin”.

Əbu Səmamə İmamla (ə) bir yerdə namaz qılır.

Namazdan sonra isə döyüş meydanına gedib şəhid olur.
(Deyerler.org)
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031