Salik bu ayda elə təsəvvür etməlidir ki, sanki yenicə dünyaya gəlmişdir
![]() Nəzərə alaq ki, Rəcəb ayında seyri-süluk yolu ilə gedən salik üçün unikal fürsətlər yaranır. - Salik üçün ən yaxşı yol odur ki, Rəcəb ayının ilk günündə tövbə edər. - Ramazan ayının bütün insanlar üçün faydası vardır. Ancaq Rəcəb ayı Allahın xüsusi salikləri üçün mənfəət gətirər. - Rəcəb ayı salikə çox dərin və əsaslı təsirlər qoyar. - Rəcəb – Allahın ayıdır. Allahın ayına Ondan qeyrisini daxil etməyin. - Bu ayda dediyiniz hər sözə diqqət edin. - İnsan qəlbi ya Rəhmanın yeridir, ya da şeytanın (lən). Seçim – özünündür. - Yersiz söhbətlərdən qaçın. - Salik bu ayda elə təsəvvür etməlidir ki, sanki yenicə dünyaya gəlmişdir. - Bu ayda salikin seyr yolu sürətlənər. - Xəstələri ziyarət edin və qəbir əhlini unutmayın. - Böyük alimlərin tövsiyələrini mütaliə edin. - Rəcəb ayının ilk cümə gecəsinin əməllərinə diqqət edin. - Bu ayda oruc tutun. - Bu ayda Məsumları (ə) ziyarət edin. - Bu ayda Quranı çox oxuyun. - Bu ayda çoxlu təfəkkür edin. - Rəcəb ayının zikrini davamlı şəkildə deyin. - Biz möhtacıq, ancaq Allah müştaqdır. Allah Təala bizlərə Rəcəb ayının nemətlərindən bəhrələnmək tofiqatını nəsib etsin. /Deyerler.org/ Oxşar xəbərlər
|