Bunlar hafizəni gücləndirir, sinəni təmizləyir – Hədis
![]() Bu kimi işlərə işarə olunan hədislərin birində İmam Rza (ə) yaddaşın güclənməsinə və sinənin sağlamlığına faydalı olan tövsiyəsində buyurub: “Quran oxumaq, bal yemək, buxur iyləmək hafizəni gücləndirir, sinənin bəlğəmini təmizləyir.” Xatırladaq ki, Qurani Kərim, Allahın yer əhli üçün göndərdiyi sonuncu möcüzəvi kitabdır. Bu kitab müxtəlif bilikləri ehtiva etməklə yanaşı həm də güclü mənəvi təsirə malikdir. İnsan ruhiyyəsində müsbət iz buraxır. Buxur isə ədətən Ərəbistan, Hindistan bölgələrində geniş yayılmış, yandırdıqda gözəl qoxsu olan bir bitkidir. Buxur yandırmaq, iyləmək qədim dini ayinlərdə də istifadə olunub. (“İslaminSesi”) Oxşar xəbərlər
|