İxlası necə tanımaq olur?
![]() 1. Saleh əməllə. Saleh əməl və həsənələri yerinə yetirmək, rəzil sifətləri tərk etmək ancaq ixlas olarsa, əhəmiyyətə malik olar. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, şəhadətləri ixlasla dilinə gətirərsə və onu bir şeylə qarışdırmazsa, behiştə daxil olar”. İmam Əli (ə) ayağa qalxır və buyurur: “Necə ixlasla desin və heç nəyi ona qarışdırmasın?”. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Dünya hərisliyi, onu haram yolla toplamaq, dünyadan razı olmaq – bunlar qarışılanlardırlar. Ona görə də hər kim Allahla görüşər və bu sifətlərdən heç biri onda olmayan halda “Lə iləhə illəllah” deyərsə, behişt onun üçündür. O kəs ki, dünyanı seçər və axirəti tərk edər – atəş ona lazımlıdır”. Həzrət Peyğəmbəri-Əkrəm (s) başqa yerdə buyurur: “Bütün ixlaslar haramlardan çəkinməkdə gizlənmişdir”. 2. Təriflənmək istəyin olmasın. Yəni, saleh əməli başqalarının səni tərifləməsi üçün yerinə yetirməyəsən. Niyyətində ancaq Allah olsun. Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir haqqın həqiqəti vardır. O kəs ixlasın həqiqətinə çatmaz, məgər o halda ki, Allah üçün yerinə yetirdiyi əmələ görə təriflənməsini sevməsin”. 3. Zahir və batinin həmrəy olması. Muxlis insan o kəsdir ki, əgər bir şeyi aşkar edərsə, batini ilə həmrəy olar. Əgər gizlisi və aşkarı, əməli və dedikləri bir-birinə müxalif olmazsa, İlahi əmanəti əda edər və ibadəti xalis yerinə yetirərsə - zahir və batini üç haldan xaric deyildir: Ya zahir batindən üstündür, ya əksinədir və ya hər ikisi bir-biri kimidir. Allah Təala, Həzrət Musaya (ə) vəhy edir: “Ey Musa! O kəsin ki, zahiri batinindən gözəl olar – Mənim düşmənimdir. O kəsin ki, zahiri ilə batini eyni olarsa – həqiqi mömindir. O kəsin ki, batini zahirindən gözəl olarsa – Mənim vəlimdir”. /Deyerler.org/ Oxşar xəbərlər
|