Quran nə üçün peyğəmbərləri Allahın minnəti hesab edir?
Mьəllif: admin1
Tarix: 4-07-2018, 12:21
Quran nə üçün peyğəmbərləri Allahın minnəti hesab edir?
Quran Allahın bəşərə göndərdiyi bir kitab, bir lütf, həm də bir minnətdir. Çünki insana doğru yolu tapmaq üçün bu ilahi kitab kifayət edir. Niyə məhz doğru yol?

Çünki insanın bu dünyadakı ən başlıca vəzifəsi doğru yolda olmaqdır. Yəni işin və əməlin formasından aslı olmayaraq hər bir şeyin doğruluq əsasında olması vacib amildir. İnsanın da ilkin vəzifəsi və öhdəliyi məhz budur. Quran bu mətləbi açıq şəkildə belə bəyan edir:

“Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır.” (Mülk-2)

İnsanın doğrunu, həqiqəti və Allahın ondan nə tələb etdiyini bilmək üçün bir yol göstərənə ehtiyacı vardır. Bu yol göstərən ilahi kitab və elçilərdir. Mütəal Allah bu elçiləri və kitabı insanlara Oz minəti adlandırıb:

“Allah möminlərə minnət qoydu (lütf etdi). Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər.” (Ali-İmran-164)

Quran bu elçiləri ilahi minnət adlandırır və bunun səbəbini bəyan edir. Həm də məhz möminlər üçün. Çünki bu nemətin qədrini yalnız mömin bilər.

Quran bu mətləbi (elçilərin minnət olması) bəyan etməklə yanaşı nemətin səbəbini də açıqlayır. Bu ilahi elçilər Allahın ayələrini insanlara oxuyur, bu ayələri açıqlayır və gizli mətləbləri bəyan edirlər.

İnsanlara əxlaqı, düzgün davranışı, bir-birinin haqqını necə qorumağı, nəyin haram və halal olmasını, davranış qaydalarını öyrədir.

Həmçinin bu ilahi elçilər insanlara Allah qanunlarını (şəriəti) öyrədir, insanlar üçün mühüm olan tibbi və elmi biliklərin yolunu göstərirlər. Hətta tarixdə bir çox ilklər vardır ki, onları insanlara peyğəmbərlər öyrədib, yaxud yolunu göstərib.

Həmçinin bu ilahi elçilərin ən mühüm vəzifələrindən biri də insanları əqli və mənəvi yüksəlişə aparmaqdır ki, buna hikmət deyilir. İnsan düzgün istiqamətli yola rəvan olsa əldə etdiyi biliklər və ibadətlərindən əldə etdiyi mənəvi paklığ insanda hikmət və bəsirət (həqiqəti görmək) kimi dəyərlər aşılayır. Nəticədə şəxs insanlığ zirvəsinə ucalaraq öz insanlıq vəzifəsini laiqincə yerinə yetirmiş olur və bütün bunlar da ilahi elçilərsiz mümkün deyildir.
Oxşar xəbərlər
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829