Nə üçün qiyamətə “həsrət günü” də deyilir? – İmam Sadiqin (ə) izahı
Mьəllif: admin1
Tarix: 25-04-2018, 21:58
Nə üçün qiyamətə “həsrət günü” də deyilir? – İmam Sadiqin (ə) izahı
Rəhmət, mərhəmət yaradılışın özəyidir. Allah Təala insanı və bütün varlığ aləmini Öz rəhməti, mərhəməti ilə yaradıb. Sülh və qardaşlıq dini olan İslamda bütün işlərin, yazı və məktubların, bütün Quranın “ Rəhman və Rəhim Allahın adı ilə” başlaması bunun bariz göstəricisidi.

“Rəhman” adının mənası dünyada hər kəsə rəhm edən ruzi verən Allah mənasındadır. “Rəhim” adı isə əxirətdə yalnız möminə rəhm edən mənasındadır. Göründüyü kimi bütün aləm Allah Təalanın rəhmaniyyəti işığında vardır və bərqərardır.

Dini mənbələrdə qiyamətin dəhşəti nə qədər ağır təsvir olunsa belə insan yenə də rəbbinin rəhmətinə ümidlidir.

Qiyamət günü öz ağırlığı və çətinliyi səbəbi ilə müxtəlif adlarla vəsf edilmişdir. Bunlardan biri də “youmul-həsrətdir”.

Yəni “həsrət günü”. Bu gün hər kəs Allah Təalanın rəhmətinin həsrətində olacaqdır. İmam Sadiq (ə) qiyamətin “həsrət günü” adlandırılmasının səbəbini belə izah edir:

“Youmul-həsrətdir” qiyamətin bir adıdır. O gün hər kəs həsrət çəkəcək. Hətta yaxşı əməl sahibləri belə həsrət çəkəcək. Deyəcəklər nə üçün daha çox xeyirli işlərlə məşğul olmadıq.” (Vəsailuş-şiə. Cild-7)



(İslaminSesi)
Oxşar xəbərlər
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829