İmam Sadiqin (ə) Salman Farsiyə xüsusi məhəbbətinin sirri
Mьəllif: admin1
Tarix: 6-09-2022, 19:29
İmam Sadiqin (ə) Salman Farsiyə xüsusi məhəbbətinin sirri
İmam Sadiqin (ə) Peyğəmbərin (s) səhabələri arasında Salman Farsiyə xüsusi məhəbbəti var idi. Nə zaman söhbət Salmandan düşsə idi, İmam Sadiq (ə) onun haqqında yaxşı sözlər deyərdi.

Bir gün bir nəfər bunun sirrini Həzrətdən (ə) soruşur. İmam Sadiq (ə) buyurur: “Salman vacibatları yerinə yetirmək və haramları tərk etməklə yanaşı, həyatında 3 mühüm xüsusiyyətə malik olmuşdur:

1. Birincisi budur ki, elmi və alimi sevirdi.

2. Nə zaman bir iş görsə idi, Allahın razılığını ön plana çəkərdi.

3. Yoxsullara ehtiram göstərərdi”.

İmam (ə) buyurur ki, Salmanın şöhrətə, vəzifə və məqama bağlantısı olmamışdır. Həzrət Peyğəmbərin (s) və Əmirəl-möminin (ə) müşaviri olmasına baxmayaraq, əlinin altında olanlardan qəflət etməzdi. Onlara qarşı həmişə təvazökar olardı.

Bütün bu sifətlər səbəb olmuşdur ki, İmam Sadiq (ə) Salman Farsini bu qədər tərif etsin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930