İmam Əlinin (ə) Həzrət Zəhranın (s.ə) məzarında buyurduqları
Müəllif: Admin
Tarix: 9-02-2019, 10:29
İmam Əlinin (ə) Həzrət Zəhranın (s.ə) məzarında buyurduqları
Hər kəs təsəvvür edə bilər ki, öz həyat yoldaşını dəfn edən bir insan necə halda ola bilər. O ki, qaldı ki, bu şəxs, İmam Əli (ə) kimi mehriban və xanımını əziz tutan böyük bir insan olsun.

Tarix onların bir-birinə qarşı olan səfa və məhəbbəti kimi bir sevgi görməmişdir. Ancaq Peyğəmbər (s) ilə Həzrət Xədicə (s.ə) bu sevgidə şərik ola bilərlər.

Həzrət Fatiməni (s.ə) əldən vermək İmam Əli (ə) üçün çox ağır idi. O, qəbirin torpağından bir ovuc götürdü və ağlayaraq dedi:Canım fəda olsun Peyğəmbərin (s) ciyərparçasına ki, mirası məhv oldu. Peyğəmbərdən (s) sonra onun hörmətini aradan apardılar.

O, öz istəyinə nail oldu. Ancaq atasının yoxluğu gücünü azaltdı və göz yaşlarını gözündən axıtdı. Gecə vaxtı torpağa tapşırıldı və onu artıq heç kəs görmədi.

Ey kaş, bu ağrılı canım nəfəslərimlə birlikdə sinəmdən çıxaydı. Səndən sonra yaşamaq üçün bir şey yoxdur. Ağlamağım ona görədir ki, həyatım səndən sonra uzun oldu.

Salam olsun sənə, ey Fatimə!

Salam olsun qamçı dəymiş və göyərmiş bədəninə!

Salam olsun cənazənə ki, işgəncə verənlər üçün rüsvayçılıqdır!

Salam olsun gizli qəbrinə!




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930