Qiyamət günü milyardlarla insan necə diriləcək?
Müəllif: admin1
Tarix: 25-09-2020, 20:10
Qiyamət günü milyardlarla insan necə diriləcək?
Ustad Ənsarian buyurur: “Tarix boyu əksər insanların çətinliyi Qiyamətə inanmaqda olmuşdur. İnsanlar görürdülər ki, ümmətlər zəlzələ, tufan və təbii ölüm sayəsində ölürlər. Bir müddət sonra bədənləri çürüyür və torpağa çevrilirlər. O bədəndən heç bir əsər qalmır. Ona görə də İlahi vədənin düzlüyünə inana bilmirlər.

İnana bilmirlər ki, bir gün Allah bu torpağa qarışmış bədənləri dirildəcək və onlara can verəcəkdir.

Allah Quranda buyurur: “Məgər göyləri və yeri yaradan Kəs, onların bənzərini yaratmağa qadir deyilmi?! (Belə ki, onların üzvlərini torpaqdan toplayaraq surətcə onlara oxşar və maddəcə onların eyni olan bir forma versin).

Əlbəttə (qadirdir)! Odur kamil surətdə yaradan və (hər şeyi) bilən. Bir şeyin var olmasını istədiyi zaman Onun (Allahın) əmri və məqamı ona ancaq:

«Ol!» – deməkdir. O da dərhal olar (heç bir alətdən istifadə etmədən, Allahın məhz iradə və istəyi ilə var olar, sanki, ona «Ol» demiş, o da olmuşdur).

Hər şeyin həqiqi mülkiyyəti və kamil hökmranlığı (qüdrət) əlində olan Allah (hər nöqsandan) pak (və uzaq)dır. (Siz insanlar hamınız) Ona tərəf qaytarılacaqsınız”. (“Yasin” 81-83).

Allah Təala Qiyamət günü milyardlarla insanı dirildəcəkdir. Bu, Allah üçün ilk dəfə deyildir ki, insan bu qədər təəccüb edir! Allah yuxarıdakı ayələrdə buyurur ki, sizin təəccübünüz yersizdir.

Bu, Allah üçün ilk dəfə deyildir ki, ölmüş insanı torpaqdan yenidən diriltsin. Çünki, Allah insanı torpaqdan yaratmışdır və onu yenidən diriltməyə də qadirdir. Bu iş Allah üçün qətiyyən çətin deyildir.

Ona görə də Peyğəmbərinə (s) xitab edərək buyurur: “De: «Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O hər (növ) xilqəti, hər bir yaradılışı biləndir»”. (“Yasin” 79).

Hər kimin Qiyamətə inancı olar, ölənə qədər fikirlərini, əməl və əxlaqını islah etməklə məşğul olar. Agah olun ki, Qiyamət həqiqətdir.

Allah müqəddəs səma Kitabının 114 ayəsində 124 min peyğəmbər (ə), 12 İmam (ə) vasitəsilə qiyamətin xəbərini vermişdir”.

Allah Təala bizləri iman gətirənlərin sırasında qərar versin.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031