İSLAM PEYĞƏMBƏRİNİN (S) BİR AYƏDƏ DÖRD XÜSUSİYYƏTİ
Mьəllif: admin1
Tarix: 6-12-2022, 10:29
İSLAM PEYĞƏMBƏRİNİN (S) BİR AYƏDƏ DÖRD XÜSUSİYYƏTİ
Allah-Taala Qurani-Kərimin “Tövbə” surəsinin 128-ci ayəsində İslam Peyğəmbərinin (s) dörd xüsusiyyətindən söz açaraq buyurur:

لَقَدْ جَاءكُمْ رَسُولٌ مِّنْ أَنفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُم بِالْمُؤْمِنِينَ رَؤُوفٌ رَّحِيمٌ

“Həqiqətən, sizə özünüzdən olan bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir. O, sizin hidayətiniz üçün can yandırır və möminlərə şəfqətli və mehribandır.”

1. لَقَدْ جَاءكُمْ رَسُولٌ مِّنْ أَنفُسِكُمْ – “Həqiqətən, sizə özünüzdən olan bir peyğəmbər gəldi.” Peyğəmbəri-Əkrəm (s) də bizim kimi bir insandır, mələk deyil, maddi və mənəvi yönlərə sahibdir və xalq arasından çıxmışdır. Əlbəttə, əqli şəhvətinə qalib gələn insanın mələkdən üstün olması rəvayətlərdə bildirilmişdir.

2. عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ – “Sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir.” Peyğəmbəri-Əkrəm (s) öz ümmətinin dərdini-qəmini çəkir, çətinliklər zamanı xalqın həmdərdi, qəmxarı və yoldaşıdır.

3.حَرِيصٌ عَلَيْكُم – “O, sizin hidayətiniz üçün can yandırır.” Allahın Rəsulu (s) xalqın hidayət və tərbiyəsinə çox hərisdir, onların iman gətirməsi, kamala çatmasını çox istəyir və hətta bu məsələdə o qədər can yandırır ki, Allah-Taala “Kəhf” surəsinin 6-cı ayəsində o həzrətə xitabən buyurur:

فَلَعَلَّكَ بَاخِعٌ نَفْسَكَ عَلَى آثَارِهِمْ إِنْ لَمْ يُؤْمِنُوا بِهَذَا الْحَدِيثِ أَسَفًا

“(Ya Rəsulum!) Yoxsa (kafirlər) bu Qurana inanmasalar, (səndən üz döndərib getdiklərinə görə) arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!

4. بِالْمُؤْمِنِينَ رَؤُوفٌ رَّحِيمٌ– “Möminlərə şəfqətli və mehribandır.” O həzrət Allaha iman gətirən və vilayət çətirinin kölgəsində dayanan hər bir kəsə qarşı mərhəmətli və mehriban, kafirlərə qarşı isə şiddətli, sərt və tünddür. Necə ki, “Fəth” surəsinin 29-cu ayəsində buyururlur:

مُّحَمَّدٌ رَّسُولُ اللَّهِ وَالَّذِينَ مَعَهُ أَشِدَّاء عَلَى الْكُفَّارِ رُحَمَاء بَيْنَهُمْ

“Muhəmməd (s) Allahın rəsuludur. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər.”

(Maide.az)
Oxşar xəbərlər
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728