Dəvə öz sahibinin günahsız olduğunu belə sübut etdi
Mьəllif: admin1
Tarix: 3-12-2021, 10:37
Dəvə öz sahibinin günahsız olduğunu belə sübut etdi
Yəmən əhlindən olan səhra ərəbi qırmızı rəngli dəvəyə minən halda Həzrət Peyğəmbərin (s) xidmətinə gəlir. Həzrətə (s) salam verir.

İnsanlar deyirlər: “O, bu dəvəni oğurlamışdır”.

Həzrət (s) buyurur: “Şahidiniz vardırmı?”.

Deyirlər: “Bəli, ya Rəsulallah!”.

Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: “Ey Əli! Əgər şahid gətirsələr, Allahın haqqını ondan al”.

Ərəb başını bir qədər aşağı salıb, sakit dayandı. Həzrət (s) ona buyurdu: “Ayağa qalx və günahsız olduğun üçün dəlil gətir”.

Bu zaman dəvə dilə gəldi və Peyğəmbərə (s) xitab edərək, dedi: “Səni haqq olaraq məbus edən Kəsə and olsun ki, bu şəxs məni oğurlamamışdır və mənim ondan başqa malikim yoxdur”.

Həzrət Peyğəmbər (s) ərəbə buyurdu: “Nə dedin ki, Allah sənin günahsız olduğunu demək üçün dəvəni dilə gətirdi?”.

Ərəb dedi: “Dedim ki, “Allahım! Elə bir kəs yoxdur ki, Sənə yardım etsin. Elə bir kəs yoxdur ki, Sənin rübubiyyətində şərik olsun.

Sən buyurduğun kimi, bizim Rəbbimizsən. Səndən xahişim vardır ki, Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndərəsən və mənim günahsız olduğumu aşkar edəsən””.

Bu zaman Həzrət (s) buyurdu: “Məni məbus edən Allaha and olsun ki, sənin sözlərini yazan mələkləri gördüm. Bilin ki, hər kim bu ərəb kimi giriftar olsa, bu cür dua etsin və mənə çoxlu salavat göndərsin”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930