İmam Hüseyn (ə) sevgisi və Allahın xeyir vermək istədiyi bəndə
Mьəllif: admin1
Tarix: 9-10-2021, 22:44
İmam Hüseyn (ə) sevgisi və Allahın xeyir vermək istədiyi bəndə
İnsanların cazıbə və dafiə qüvvəsi müxtəlifdir.

Yəni bir kəsin cəmiyyət tərəfindən möhkəm sevilməsi, dəstəklənməsi və ya cəmiyyət tərəfindən kərahətlə qarşılanması müxtəlifdir.

İnsanın cəmiyyətdə diqqətdə olması onun içtimai fəaliyyəti və insanların qəlbində özünə yer eləməsi ilə bilavasitə bağlıdır.Bəzən elə olur ki, cəzb edən qəlblər onu həddən artıq sevir, dəf edən qəlblər ona həddən artıq kin bəsləyir.

İmam Hüseyn (ə) da bu qəbil şəxsiyyətlərdəndir. O Həzrəti sevənlər onu böyük eşqlə sevir, onun (ə) xatırlanmasından, sevilməsindən, qəlblərdə silinməz iz buraxmasından narahat olanlar dərin kin və nifrət bəsləyirlər.

Bəzən kin bəsləyənlərin kini o qədər şiddətli olur ki, nəinki İmamın həyat tarixcəsinə, hətta o Həzrəti sevənlərə belə zərər verməyə çalışırlar.

İmam Sadiq (ə) bu mövzuya toxunaraq belə buyurur: Allah Təala bir kəsə xeyir vermək istəsə onun qəlbinə Hüseyn sevgisi bəxş edər və o Həzrətin ziyarətini ona nəsib edər. Yaxud bir kəsi xeyirdən məhrum etmək istəsə qəlbində İmam Hüseynə və ziyarətinə qarşı kin yaradar (Bihar. cid-98. Səh-76).

Hədisdən də göründüyü kimi İmam Hüseyni (ə) sevmək bir nemətdir, bir xeyirdir. Çünki İmam (ə) Allahın əziz bəndəsi, din yolunda, İslam yolundə canından, malından, övladlarından keçmiş bir əzəmət sahibi şəxsiyyətdir.

Onun (ə) sevgisi yalnız haqqa açıq qəlblərdə qərar tutar. Kinli və xəbis qəlblər onu (ə) inkar edər, yaxud müəyyən nöqsanlar axtarar.

Haqqı tanımaq, haqq yolda olmaq Allahın insana ən böyük lütfüdür. Haqqı tanıyan əhlini də tanıyar deyilib hikmətli kəlamlarda. Yaxud din sevgidən və nifrətdən başqa bir şey deyil buyurub Allah Rəsulu (s).

Neçə illərdir İmam Hüseyn (ə) sevgisi, İmam Hüseyn (ə) Kərbəlası Allah Təalanın insanlara xeyri olaraq haqq və batilin meyarıdır.


Y.Nuriyev
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031