Əgər bir qarışqaya zülm edib yeddi səmanı qazanacağamsa, ondan vaz keçərəm...
Mьəllif: admin1
Tarix: 5-07-2022, 10:00
Əgər bir qarışqaya zülm edib yeddi səmanı qazanacağamsa, ondan vaz keçərəm...
İmam Əlinin (ə) xəlifəliyinin ilk günlərindən başlayaraq keçmiş xəlifələr tərəfindən saysız-hesabsız hədiyyə və yardımlar alan fürsət qulları onun ədalətinə tab gətirə bilmədilər.

Onlar Həzrətə etirazla dedilər: "Nə üçün keçmiş xəlifələrin yolunu getmir və "beytül-mal”ı (ümumi əmlak və gəliri) onlar kimi bölmürsən?”

Tövhidi özündə əks etdirən və qəlbinə bir an belə şirk daxil olmayan imam Əli (ə) buyurdu: "Allaha and olsun ki, mən dəvətikanı üzərində gecələməyi, əli-qolu zəncirlərlə bağlı sürünməyi bəndələrə zülm edib dünya malına əl uzatmış halda qiyamət günü Allaha və Peyğəmbərə qovuşmaqdan daha üstün bilirəm.”[1]

Tarixə görə, o həzrət heç vaxt kiminsə mənafeyini nəzərə alıb Allahın yolundan çıxmamışdır: nə yaxın qohum-əqrəbasına şərait yaratmış, nə də düşmənin xeyrinə bir addım atmışdır. Onun həyatı bunu əks etdirən həqiqətlərlə doludur. Misal üçün, bu əhvalata nəzər salaq:

İmam Əlinin (ə) xilafəti dövründə bir çox iğtişaşların səbəbkarı olan münafiq Əşəs ibn Qeys bir nəfərlə savaşdı. Bunu imam Əliyə (ə) xəbər verdilər.

İmam (ə) onların arasında ertəsi gün hökm kəsəcəyini bildirdi. Gecə o həzrətin evinin qapısı arxasından bir səs eşidildi. Həzrət qapını açıb, əlində halva dolu bir qab tutan Əşəsi gördü.

Həzrət ona bir nəzər saldıqdan sonra sərt baxışlarla buyurdu: "Bu rüşvətdir, yoxsa sədəqə? Əli rüşvət əhli deyil ki, onu haqdan döndərsin və sədəqə də biz haşimilərə haramdır.”[2]

Möminlərin əmirinin bu rəftarından əl-ayağını itirən Əşəs dedi: "Heç biri deyil, hədiyyədir! Hər müsəlman başqa müsəlmana hədiyyə verə bilər.” (Təəssüflər olsun ki, bizim günümüzdə hədiyyə, ənam, şirinlik, haqq, hesab kimi rüşvətxorluq halları az deyildir.)

İmam Əli (ə) min rəngə düşən Əşəsə buyurdu: "Ey Əşəs! Allahın dini ilə gəlib məni tələyəmi salmaq istəyirsən? Ağlını itirmisən, yoxsa sayıqlayırsan?!

Əşəs! Əlindəki payın ilanın ağız suyuna qarışmış kimidir! Allaha and olsun, əgər bir qarışqaya zülm edib yeddi səmanı qazanacağamsa, ondan vaz keçərəm...”


(Maide.Az)
Oxşar xəbərlər
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031