Sələmçiliyin (riba) nəticəsi
Müəllif: admin1
Tarix: 21-09-2020, 10:51
Sələmçiliyin (riba) nəticəsi
Sələmçilik böyük günahlardan biri sayılır. Bu əməlin sahibi bu işdən əl götürməzsə, Allah və onun Peyğəmbəri (s) ilə müharibəyə qalxmış kimi hesab edilir.

Bu barədə Allah-taala Qurani-kərimdə buyurulur: "Ey iman gətirmişlər! Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!) Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin!

Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!" ("Bəqərə", 278-279.)

SƏLƏMİN TİBBİ, CİSMİ ZƏRƏRLƏRİ

"İslam və müasir tibb" kitabının yazarı doktor Əbdüləziz yazır: Borclu şəxsə borcunu verə bilmədiyi surətdə əsəb gərginliyindən doğan mənfi təsirlər üz gətirir.

Bu şəxslərdə müşahidə etdiyimiz bir sıra hallar şəkər xəstəliyi, yüksək qan təzyiqi, yarımiflic və ruhi çatışmamazlıqla bitən qanazlığı ilə sonlanmışdır.

Çünki belə vəziyyətdə əsəb gərginliyi bədəndə Adrenalin maddəsini çoxaldaraq, qan təzyiqinin yaranmasına və "Bankeryas"ın ifrazına səbəb olur. ("İslam və müasir tibb", səh. 64.)

Doktor Əbdüləziz eləcə də yazır: Kredit-girov müamiləsi (bir növ sələm) vasitəsilə yaranan ziyan, tibbi baxımdan çox kəskindir.

Belə ki, sələmçi şəxslər adətən qısa zaman fasiləsində zəhmətsiz, xeyli sərvətə yiyələnirlər və təbii ki, bu tip varlanmaq, daha çox əsəb sisteminə öz mənfi təsirini bağışlayır; çünki insan baş vermiş hər hansı bir bəlanın tədricən aradan getməsi və ya axirət savabının ümidilə təskinlik tapa bilər.

Bu isə, insanı həyatın təzyiqləri qarşısında qoruyan ilahi hikmətdir. Lakin ani tərəqqilərdən yaranan ruhi reaksiyalar, bir çox hallarda dözülməzdir, çünki şəxs onun məhv olmasını təsəvvür etmir.

Əgər belə bir təsəvvür onda baş qaldırarsa, sevinci aradan gedəcəkdir. Ruhi-əsəbi xəstəliklərin bir çoxu bu növ hallardan baş qaldırır.

Lakin ticarət və əkinçilik kimi halal qazanclar isə, nəticənin çox olduğu təqdirdə belə, şiddətli ruhi-əsəbi korlanmayla nəticələnməyəcəkdir. Çünki sözügedən şəraitdə mənfəət və zərərin hasil olması tədrici şəkildədir.

Gündəlik zərər və xeyiri gözləyən tacir və ya əkinçi, bu keçici və tədrici reaksiyalar vasitəsilə gələcək zərbələr qarşısında hazırlıq əldə edir. ("İslam və müasir tibb", səh. 66.)

Doğrudur, borclu ehtiyac üzündən sələm verir, lakin bu heç vaxt ədalətsizliyi unutdurmayacaqdır. Hətta iş o yerə çatır ki, sələmçinin pəncəsinin sıxıntısını öz boğazında hiss edir, belə bir vaxtda yazıq borclunun bütün vücudu sələmçiyə lənət, qarğış göndərir və onun qanına susayır.

Axı o gözləri ilə görür ki, canı bahasına tamamlanan gəliri, var-dövləti sələmçinin cibinə tökülür, bəzən borclu intihara da əl atır və bəzən narahatçılığın təsirindən amansızcasına borc sahibini qətlə yetirir və bəzən də bu problem ümumi böhran, partlayış və inqilab halına çevrilir. ("Təfsire nomune", c.2, səh.379.)

Sələm üçün qeyd edilə biləcək cismi ziyanlardan biri də, sələmçi şəxslərin xeyli hissəsinin bekar qalması və cismi fəaliyyətdən yayınmasıdır. Bu insanlar sələmin pulu ilə kifayətlənərək işləmirlər.

Cismi fəaliyyətlərin dayandırılması və işsizlik özü bir çox xəstəliklərin mənşəyidir və hərəkətsizlikdən yaranan xəstəliklər haqda danışmağa lüzum yoxdur.


Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930