Bəzi şeyləri bilməsək, bizim üçün daha faydalıdır
Mьəllif: admin1
Tarix: 2-07-2021, 13:33
Bəzi şeyləri bilməsək, bizim üçün daha faydalıdır
Elmin əzəmət və məqamı o qədər ucadır ki, Allah Təala Qurani-Kərimdə Peyğəmbərinə (s) belə buyurur: "(Əzab içində olan həmin kafir yaxşıdır) yoxsa gecənin saatlarını səcdə və qiyam (ayaq üstə), itaət və xüzu ilə (müticəsinə) keçirən, axirətdən (axirət əzabından) qorxan və Rəbbinin mərhəmətinə ümid bəsləyən şəxs?

De: «Məgər bilənlərlə bilməyənlər birdirlər?». Yalnız əsil ağıl sahibləri ibrət götürərlər”. ("Zumər” 9).

Həzrət Peyğəmbər (s) elmin uca məqamı haqqında buyurur: "Elm öyrənmək hər bir müsəlmana vacibdir. Həqiqətən, Allah elm istəyənləri sevir”.

Quran və hədislərin nəzərinə görə, elm – vasitədir, hədəf deyildir. İnsanı kamala çatdıran, dünya və axirətini abad edən vasitədir. Ancaq hər bir elm insan üçün faydalı hesab olunmur. Ona görə də bəzən bəzi şeyləri bilməmək, daha yaxşıdır.

Quran bu haqda buyurur: "Ey iman gətirənlər, (ömrün müddəti, dostların ölümü, var-dövlətin əldən çıxması və yaradılış aləminin hikmətinə və kamil quruluşuna uyğun olaraq gizli qalan məsələlər kimi) sizə aşkar olacağı təqdirdə sizi narahat və qəmgin edəcək şeylər barəsində (Peyğəmbərdən) soruşmayın.

Əgər Quran nazil (və vəhy mələyi hazır) olan zaman onların barəsində soruşsanız, sizin üçün aşkar olar. Allah onlardan (keçmişdə verilmiş yersiz suallardan) keçdi (onları əfv etdi). Allah çox bağışlayan və həlimdir”. ("Maidə” 101).

Misal üçün, əgər elan olunsa ki, anbarlarda olan buğdanın miqdarı çox azdır, bu zaman insanlar narahat olar və bacardıqları qədər buğda ehtiyatı toplamağa çalışarlar. Ona görə də bu cür xəbərlərin insanlara verilməsi yerinə, çarə düşünmək ən faydalı yollardan hesab olunur.

Beləliklə, deyə bilərik ki, Quranın buyurduğu kimi, bəzən hər bir şeyi bilmək insana fayda gətirməz. Bəzən bəzi şeyləri bilməmək lazımdır ki, həyat insan üçün acı və dözülməz olmasın. Belə ki, insan bu baş verəcəkləri onsuz da dəyişdirə bilməyəcək, amma bildikdən sonra, həyatı zəhərlənəcək.

İmam Əli (ə) buyurur: "O elmdə ki, fayda yoxdur, onun xeyri yoxdur”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031