Allah insanı niyə xəlq etmişdir?
Mьəllif: admin1
Tarix: 2-07-2021, 13:35
Allah insanı niyə xəlq etmişdir?
Quranın nəzərinə görə Allahın xəlq etdiyi hər bir varlığın hədəfi vardır. Bəs insanın yaradılışının hədəfi nədir? Quranda insanın yaradılışının bir neçə hədəfi bəyan edilmişdir ki, onlara nəzər salaq.

1. İnsanın yaradılışının əsil hədəfi – imtahandır. "Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı (siz insanlar üçün) yaradan Odur. O, yenilməz qüdrət sahibi və bağışlayandır”. ("Mulk” 2).

2. Xaliqiyyətin hədəfi – tövhid elmidir. "Allah yeddi göyü və bir o qədər də yeri (yeddi ədəd Yer kürəsi, yaxud Yerin yeddi təbəqəsi və yaxud Yer kürəsinin səthində yeddi iqlim qurşağını) yaradandır.

(Vacib başlanğıcın) mütləq baş verəcək iradə(si) (yaradılışın tərtibinə uyğun olaraq) onların arasında (mümkün olan ilk məxluqdan tutmuş, onun axırıncı mərtəbələrinə kimi tədriclə) nazil olurdu.

(Beləliklə, hamısına varlıq libası geyindirdi) və (həqiqi hakimin) əmr(i mələklərə) onların arasında (onların kamil nizamının tədbiri, intizamı barədə) daim nazil olur ki, biləsiniz. Allah hər şeyə qadirdir və Allahın elmi hər şeyi əhatə etmişdir!”. ("Təlaq” 12).

Allaha mərifət və tövhid elmi – ən üstün kamal üçün zəminələrdir ki, insan ona çata bilər.

3. İbadət. "Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam”. ("Zariyat” 56).

4. İlahi rəhmətə çatmaq üçün. "Və əgər Rəbbin qəti iradə ilə istəsəydi, insanların hamsını (məcburi surətədə) tək (bir dində və bir şəriətə əməl edən) bir ümmət edərdi (hamının qəlb istəyini qeyri-ixtiyari olaraq tək bir etiqad və əməl üzərində möhkəmləndirərdi).

(Lakin onları ixtiyar sahibi etdi) və (buna görə də) onlar həmişə ziddiyyətdədirlər. Sənin Rəbbinin rəhm etdiyi (iman və birlik qismət etdiyi) kəslər istisna olmaqla. Və onları elə buna görə yaratmışdır”. ("Hud” 118-119).

Bu ayələrdən göründüyü kimi, insanın xəlq edilməsinin dörd mühüm hədəfi olmuşdur:

1. İnsanın imtahana çəkilməsi.

2. Allahın sonsuz qüdrətinə elm.

3. Ubudiyyət.

4. İlahi rəhmətə çatmaq.

Allah Təala bizləri yaradılışın hikmətini dərk edənlardan qərar versin, inşəallah.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930