Dünya getməkdə, axirət isə gəlməkdədir
Mьəllif: admin1
Tarix: 23-07-2020, 23:11
Dünya getməkdə, axirət isə gəlməkdədir
Həzrət Əlidən (ə) rəvayətdir ki, Peyğəmbər (s) söhbət əsnasında buyurdu: "Alimlər iki zümrədirlər. Onlardan birincisi elminə əməl edən şəxslərdir; bunlar nicat tapanlardır.

Digəri isə bildiklərinə əməl etməyənlərdir; Bunlar nicat tapmazlar. Cəhənnəm əhli onların pis iyindən əziyyət çəkər. Ən böyük peşmançılıq və həsrət o alimə məxsusdur ki, camaatı haqqa tərəf dəvət edir və camaat da onun sözünə baxıb Allaha itət etməklə behiştə varid olur, lakin həmin alim öz elm və biliyinin əksinə əməl etmək və nəfsani istəklərinə uymaq vasitəsi ilə cəhənnəmə gedir.”

Həzrət Əli (ə) bu barədə belə buyurub: "Sizin üçün iki şeydən çox qorxuram. Onlardan biri nəfsani istəklərə uymaq, ikincisi isə uzun-uzadı arzu və xəyallardır.

Nəfsani istəklərə uyub onun ardınca getmək haqq yolunun üzərində olan bir səddir. Uzun-uzadı arzu və xəyallar isə axirəti insanın yadından çıxarar.

Dünya getməkdə, axirət isə gəlməkdədir. Bunların hər birinin özünün övladları var. Hər birinin övladları da onun arxasınca gedir.

Əgər bacarsanız dünyanın yox, axirətin övladı olun. Siz bu gün hesabsız əməl evindəsiniz. Sabah isə əməlsiz hesab evinə gedəcəksiniz.”

Üzürsüz olaraq ayaq üstə bövl etmək və sağ əllə özünü yumaq cəfakarlıq (və İslam əxlaqına qarşı nəzakətsizlikdir).

Yenə də o Həzrətdən (ə) nəql edirlər ki, buyurub: "Həya iki qisimdir. Birincisi insanın zəifliyindən, ikincisi isə imanın qüvvətindən irəli gəlir.

Birincisi lazım olan məsələləri öyrənməkdən irəli gələn, ikincisi isə günah zamanı Allah qarşısında edilən həyadır.”

Yenə də buyurub: "İki nəfər mənim şəfaətimdən faydalanmaz. Biri zülümkar padşahın qapısını qoruyan şəxs, ikincisi isə dində ifrata varmaqla həddini aşan təəssübkeş dindar.”

Yenə də buyurub: "Adəm övladı qocalsa da iki xislət onda cavan qalar; hərislik və uzun-uzadı xam-xəyal və arzular.”

Oxşar xəbərlər
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829